Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə sənədli film hazırlanıb
Bakı, 5 fevral, AZƏRTAC
Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə “Zor təfəkkürü” ("Cтиль мьıшления: вандализм" - "Thinking style: vandalism") adlı sənədli film hazırlanıb.
AZƏRTAC xəbər verir ki, rus dilində (ingilis dilində subtitrlərlə) hazırlanan filmin başlıca məqsədi beynəlxalq ictimaiyyətin diqqətini ermənilərin tarixdən bu günə qədər əzəli Azərbaycan torpaqlarında tarixi-dini, eləcə də mədəni abidələrimizə qarşı törətdiyi vandalizm aktlarına yönəltmək və bu istiqamətdə atılmış addımlara töhfə verməkdən ibarətdir.