Mərhum jurnalist Şakir Yaqubovun “Yaddaşa son səyahət” kitabı çapdan çıxıb
Bakı, 12 iyul, AZƏRTAC
Mərhum jurnalist Şakir Yaqubovun “Yaddaşa son səyahət” kitabı çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, kitabda ustad jurnalistin 2017-2020-ci illərdə dərc edilmiş publisistik qeydləri toplanıb.
Şakir Yaqubov müxtəlif illərdə qələmə aldığı “Mən şahidəm ki…”, “Qətiyyətin təntənəsi”, “Hakim mərkəzi göstərər”, “Bizim səfər haçandı?!”, “Banişevski olduğu kimi”, “Taleyimdən keçənlər”, “Yaddaşımın küncündən…”, “Bir az da futbol(umuz)dan” kitablarının müəllifi, “Vətən bizim şöhrətimiz…”, “Bizim müasirimiz”, “On ikinci şeyxülislam” və “Qanlı Yanvar dialoqu” kitablarının müəlliflərindəndir. O, bir neçə kitabın tərcüməçisi, publisistik və elmi-kütləvi nəşrlərin redaktoru olub.
1989-cu və 2005-ci illərdə Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.
Kitabın redaktorları Elşən Əliyev, Süleyman Qaradağlı, Hikmət Sabiroğlu və Azər Qaraçənlidir.
İyulun 20-si saat 14-də Mətbuat Şurasında kitabın təqdimatı keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [14:10]
Yoqa, yaradıcılıq və harmoniya: Bakıda “Nine Senses Fest-2026” keçiriləcək
- 08.06.2026 [13:41]
Bülbülün Memorial Muzeyində Mikayıl Müşfiqin xatirəsi anılıb
- 08.06.2026 [12:54]
İsveçrədə Qarabağ atına həsr olunan abidə açılıb
- 08.06.2026 [11:46]
Fotoqraf Aydın Mehdiyev Romada ikinci sərgisini təqdim edib
- 08.06.2026 [11:40]
Prezidentin Sərəncamı ilə təltif olunan xalçaçılara medalları təqdim edilib
- 08.06.2026 [08:35]