Mirsalam Qənbərov: Böyük layihələrə ekspertiza rəyi üç ay ərzində verilir
Bakı, 23 fevral, AZƏRTAC
Layihələrə ekspertiza rəyinin verilmə vaxtı müxtəlifdir. Hər hansı bir sorğu ilə bağlı müraciət varsa, müvafiq təlimatlar əsasında ona baxılması 1 gündən 90 günədək davam edir. Doxsan günlük ekspertiza rəyi əsas etibarı ilə böyük layihələrin ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədi ilə səciyyələnir. Yəni, həmin sənədlərin baxılma müddəti üç aya qədərdir.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəisi Mirsalam Qənbərov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Facebook” səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.
Onun sözlərinə görə, layihələrə qanunvericilikdə rəylərin verilməsi üçün 90 gündən artıq müddət nəzərdə tutulmayıb. Bəzən isə rəylər bir həftə, yaxud bir ay ərzində verilə bilər. Bu, layihənin həcminə və təlimat qaydalarına görədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]
Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
- 06.06.2026 [17:11]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [13:04]
Sabahın hava proqnozu açıqlanıb
- 05.06.2026 [19:15]
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO
- 05.06.2026 [19:05]