Monqolustanda ekologiya polisi yaradılacaq
Bakı, 7 yanvar, AZƏRTAC
Monqolustanda ekologiya polisi yaradılacaq.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə Monqolustanın Ədliyyə və Daxili İşlər naziri Sendiyn Nyamdorj yerli KİV-lər üçün ölkə hökumətinin növbəti iclasının yekunlarına həsr olunan mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, ətraf mühitin mühafizəsi üzrə polis bölmələrində təqribən 170 polis çalışacaq.
“Müvafiq qərar hökumətin dağ-mədən sənayesinin inkişafına yardım göstərilməsinə yönəlmiş səyləri çərçivəsində qəbul olunub”, - deyə o əlavə edib.
Faydalı qazıntıların hasilatı üçün çoxsaylı lisenziyaların verildiyi Monqolustan əyalətlərinə ekologiya polisinin xüsusi diqqət ayıracağı gözlənilir.
Faydalı qazıntılarla zəngin olan Monqolustanda son 3 ildə bu sahədə ölkə qanunlarının pozulması səbəbindən 700-dən çox lisenziya ləğv edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [12:53]
Sabah yağış yağacaq VİDEO
- 04.10.2026 [13:10]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]