Oksigenlə zəngin hava şəraiti gözlənilir
Bakı, 25 fevral, AZƏRTAC
Fevralın 26-dan sonunadək ölkə ərazisi nisbətən yüksək təzyiq sahəsinin təsiri altında olacaq. Oksigenlə zənginləşən, əsasən yağmursuz, mülayim küləkli hava şəraiti üstünlük təşkil edəcək.
Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova AZƏRTAC-a bildirib ki, havanın temperaturu ötən günlə müqayisədə yüksələcək və gündüz saatlarında paytaxtda 4-8° isti olacaq. Bu gecə havanın temperaturu 0-1° şaxta olsa da, fevralın 27-28-də gecə saatlarında mənfi temperatur gözlənilmir. Bölgələrdə də fevralın 28-i axşamadək hava mülayim, əsasən yağmursuz keçəcək, lakin bəzi yerlərdə duman olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [12:53]
Sabah yağış yağacaq VİDEO
- 04.10.2026 [13:10]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]