Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ovçuluq məhsullarının təhlükəsizliyi

Ovçuluq məhsullarının təhlükəsizliyi

Bakı, 22 fevral, AZƏRTAC

Tarixən ov heyvanlarının əti həmişə keyfiyyətli qida növü kimi qiymətləndirilib. Belə ki, aktiv həyat tərzi sürən ov heyvanları sənaye zonalarından kənar ərazilərdə məskunlaşmaqla təbii qidalanır və instinktiv olaraq yemlərin ən faydalısını seçir. Ona görə də ov əti yüksək kaloriyə və pəhriz xüsusiyyətinə malikdir. Ov ətinin morfoloji və bioloji xüsusiyyətləri heyvanın növü, yaşı, cinsi və köklük dərəcəsi ilə müəyyən edilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Heyvan sağlamlığı şöbəsinin mütəxəssisləri Q.Cəlladov, Ç.Süleymanova və K.Əliyevanın hazırladığı məqalədə deyilir.

Cavan ov heyvanlarının əti daha çox birləşdirici toxuma və daha az yağa malik olmaqla, rəng etibarilə tünd qırmızı və mavi-bənövşəyi çalarlı olur. Adətən iri ov heyvanlarının əti zülallar (18-22 faiz), yağlar (1,1-17,5 faiz), ekstraktiv maddələr (0,7-1,7 faiz), fermentlər, vitaminlər, minerallar və bioloji aktiv maddələrlə zəngin olur. Yetkin erkək ov heyvanlarının əti dişilərə nisbətən daha lifli və bir qədər sərt olur. Bir qayda olaraq, ov heyvanlarının ətindən hazırlanan qidalar aromatik və spesifik hesab edilir.

Ovçuluq - vəhşi heyvanların və quşların ovlanması üzrə fəaliyyət növüdür. Ölkəmizin təbii-coğrafi və iqlim şəraitinin rəngarəngliyi, ovlanmasına icazə verilən heyvan və quş növlərinin zənginliyi ovçuluğa olan marağı daha da artırır. Əsrarəngiz təbiətimizdə dağ keçisi, dovşan, bataqlıq qunduzu, Dağıstan turu, qaban, qaz, çöl ördəyi, bildirçin, qaşqaldaq, cüllüt və s. ov heyvanı kimi tanınır. Həmçinin vəhşi həyat tərzi sürən, lakin ovlanmasına icazə verilməyən və adı “Qırmızı kitab”a düşən heyvanların ovlanması yolverilməzdir. Qonur ayı, bəbir, ceyran, cüyür, maral, turac, qızılqaz və s. ovlanmasına icazə verilməyən heyvanlar sırasına daxildir.

Fauna və floranın mühafizəsi baxımından heyvanların müəyyən olunmuş qaydalar çərçivəsində ovlanması mühüm ekoloji əhəmiyyət kəsb edir. Ənənəvi olaraq hər il müvafiq qurumlar tərəfindən ov mövsümü ərəfəsində ov ərazisi və hər bir heyvan növünə görə ovlanma müddəti barədə məlumat verilir. Odur ki, ovçular həmin məlumatlar əsasında ovlana bilən heyvan növü və dövrü barədə xəbərdar olurlar. Adətən qaban ovuna sentyabr-dekabr, dovşan ovuna dekabr-fevral, bataqlıq qunduzu ovuna isə oktyabr-fevral aylarında icazə verilir.

Vəhşi heyvan və quşların ovlanmasına, ilk növbədə, onların bioloji xüsusiyyətləri nəzərə alınmaqla icazə verilir. Belə ki, heyvan və quşların fizioloji çoxalma (balalama, yumurtlama və s.) dövründə ovlanması yolverilməzdir.

Heyvan və quşların ovlanması ayrılmış ov yerlərində ekoloji və sanitar-gigiyenik qaydalara riayət edilməklə həyata keçirilməlidir. Həmçinin seçilmiş ovlama üsulu heyvan rifahı qaydalarına uyğun olmalı və heyvanlara əzab verməməlidir. Eyni zamanda, ov proseslərini heyvanlarda stres yaratmadan tez bir zamanda başa çatdırmaq əldə olunan məhsulların keyfiyyəti baxımından böyük əhəmiyyət kəsb edir.

Qeyd etmək lazımdır ki, ovçuluq fəaliyyəti dövründə ovçuların bir sıra xəstəliklərə yoluxma, hətta xəstəlikləri yayma riski mövcuddur. Ovlanan heyvanlar arasında rast gəlinən zoonoz xəstəliklər, eləcə də müxtəlif həşərat sancmaları nəticəsində baş verən xəstəliklər insan sağlamlığı üçün təhlükə mənbəyi hesab edilir. Ona görə də ovçular təhlükəli kənar təsirlərdən, o cümlədən həşərat sancmaları və ov heyvanlarında mövcud olan infeksiyalardan qorunmalıdırlar. Ov heyvanları və quşları arasında rast gəlinən quş qripi, bruselyoz, quduzluq, qarayara, tulyaremiya, trixenelyoz, listerioz, leptospiroz və başqa xəstəliklər insan sağlamlığı üçün təhlükəli hesab olunur. Ona görə də ovlanmamışdan əvvəl hərəkətlərində qeyri-adi hallar müşahidə olunan və ya xəstə olduğuna şübhə edilən heyvanın və ya quşun əti istehlak edilməməlidir.

Hər şeydən əvvəl ov heyvanlarının ovlanması ilə məşğul olan şəxslər, ov heyvanlarının anatomiyası, fiziologiyası və davranışları, həmçinin onlardan tədarük olunan məhsulların xüsusiyyətləri və təhlükəsizlik göstəricilərinə dair kifayət qədər məlumatlı olmalıdırlar. Ovlandıqdan sonra ov heyvanlarının qanı dərhal axıdılaraq, daxili orqanları və içalatı ən qısa müddətdə çıxarılmalıdır. Tədarük edilən ov heyvanlarının əti ən qısa müddətdə soyudulmalıdır. Havanın soyuq olduğu dövrdə isə aktiv soyutmaya ehtiyac olmur. Bununla yanaşı, çarpaz çirklənmənin qarşısının alınması məqsədilə ovlanan heyvan cəmdəklərinin üst-üstə yığılması yolverilməzdir.

Təhlükəsiz ov məqsədilə ovçular tərəfindən sanitar-gigiyenik qaydalara uyğun olaraq ovlanan heyvanların cəmdəyi (əti və ya daxili orqanları) ərazidən toplanmalı, ölü heyvanların cəsədlərinin yeri və ifrazatları müvafiq kimyəvi maddələrlə dezinfeksiya edilməli və ya mümkün olduğu halda ocaqda yandırılmalıdır. Ovlanmış heyvan və ya quş ilə təmasdan dərhal sonra isə əllər sabunla yuyulmalı və ya spirt tərkibli məhlullarla dezinfeksiya edilməlidir. Bununla yanaşı, ov prosesində istifadə edilən alətlər və səthlər (bıçaq, balta, mişar, kəsim lövhələri və s.) yuyulmalı və dezinfeksiya olunmalıdır. Eyni zamanda, xəstəliklərin qarşısının alınması məqsədilə ov heyvanlarının ət və ət məhsulları baytar həkimin baxışından keçirilməli və baytarlıq-sanitariya ekspertizasına cəlb edilməlidir. Həmçinin ovlanmış heyvan ətinin çiy və ya yarıbişmiş şəkildə istehlakının təhlükəli olması nəzərə alınmalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın beynəlxalq idman tədbirlərinə ev sahibliyi etmək təcrübəsi yüksək qiymətləndirilib

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb

Londonun mərkəzində genişmiqyaslı elektrik kəsintisi baş verib

Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir

Çinin 23 vətəndaşı Azərbaycanda magistratura və doktorantura təhsili alacaq

Türkiyədəki Roma dövrünə aid eksponatlar Kopenhagendə sərgilənir

Naxçıvanda uzunluğu 17,5 kilometr olan avtomobil yolları yenilənir

Magistraturada 195 nəfər ödənişsiz təhsil almaq hüququ qazanıb - DİM-də əlavə müsabiqənin nəticələri

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası olacaq

Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb

Norveçdə süni intellekt eynəklərinin istifadəsinə müvəqqəti qadağa qoyulur

Mingəçevir Dövlət Universitetində yeni laboratoriyalar istifadəyə verilib

İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib

Alparslan Bayraktar: Enerjidaşıyıcılarının Türkiyə ərazisindən ixracı İraq, Küveyt və Qətər üçün alternativdir

Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Azərbaycan ilə Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb

Firəngiz Xəlilova: Musiqi müəlliminin əsas vəzifəsi tələbədə sənətə həqiqi sevgi yaratmaqdır

Moldova 2030-cu ildə Aİ-yə üzv olmaq niyyətindədir

Gənc Tamaşaçılar Teatrında “Qodo həsrətində” adlı tamaşanın premyerası olacaq

Musiqini öyrətmək və sevdirmək: Pedaqoqun əsl missiyası nədir?

Fransada şagirdlərin etirazları səbəbindən yüzlərlə məktəb bağlanıb

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

ANAMA: Ötən həftə 1144,9 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib

“Aeroflot” Moskvadan Bakıya reyslərin sayını artıracaq

Alimlər başqa planetlərdən götürülən nümunələrdə Yerdəki həyat əlamətlərini aşkar edəcəklər

Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar

Güclü iqtisadiyyat və həmrəy cəmiyyətin vəhdəti ŞƏRH

Elmi düşüncə sual vermək və araşdırmaqla formalaşır – Gülnar Qəmbərova

Azərbaycanın təhlükəsizlik siyasəti bundan sonra da əsas prioritetlər sırasındadır ŞƏRH

Yaponiya strateji neft ehtiyatlarından istifadəni dayandırır

Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

® “AccessBank”ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirilib

Gəncə ilə Oş arasında əməkdaşlığın yeni istiqamətləri diqqət mərkəzində

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən namizədlər üçün icbari təlimə başlanılıb

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü medalsız başa vurublar VİDEO

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü medalsız başa vurublar VİDEO

Türkiyə milli valyuta ilə ticarətin həcmini artırır

Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur VİDEO

Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur VİDEO

Müəllimin əsas missiyası tələbəni düşünməyə və araşdırmağa sövq etməkdir - Ramazan Məmmədov

Brno alimləri işıq vasitəsilə minitor qişalarına “görməyi” öyrədiblər

Əbu-Dabidə 3-cü Qlobal Ərzaq Həftəsi keçiriləcək

AZMİU-nun layihəsi Elm Fondunun qrant müsabiqəsinin qalibi olub

Məcnun Məmmədov: İndiyədək keçirilən Aqrar Biznes Festivallarında 85 mindən çox fermer iştirak edib VİDEO

Məcnun Məmmədov: İndiyədək keçirilən Aqrar Biznes Festivallarında 85 mindən çox fermer iştirak edib VİDEO

Mütəxəssis: Dağ-mədən sənayesinin inkişafı digər sahələrdə əlavə dəyərin formalaşmasına şərait yarada bilər

Həbibə Məmmədova: Müəllimin ən böyük uğuru düşünən və araşdıran insan yetişdirməsidir

Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatına hazırlıq işləri yekunlaşır

Özbəkistan səfiri Azərbaycan qadınlarının ictimai-siyasi fəallığını yüksək qiymətləndirib

Ekspert: Rəqəmsallaşma Orta Dəhlizin tranzit müddətinin qısaldılmasına imkan verəcək

“İslam mədəniyyəti atlası” şərqşünas-alimin tərcüməsində

Çin təhsili və akademik mühitindən bəhs edən kitabın təqdimatı olub

“Fənərbağça”nın ulduzu Superliqa oyununu buraxa bilər: Qərar azərbaycanlı hakimin hesabatından asılı olacaq

Müəllim uşağın içindəki işığı üzə çıxarmalıdır – gənc alimin düşüncələri

Yəməndə husilərə qarşı döyüşlərdə 100 qırıcı təyyarədən istifadə edilib, 324 hədəf vurulub

DSMF-nin sədri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyəcək

Qafqaz Müsəlmanları İdarəsinin sədri Qazaxıstana səfər edəcək

Belçika polisi narkotik şəbəkəsinə qarşı əməliyyat keçirib, 21 nəfər saxlanılıb

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb

“Flydubai” təyyarəsini qaçırmağa cəhddə şübhəli bilinən pilot Böyük Britaniya universitetində yoxlamadan keçməyib

Ekspertlər: Neft qiymətlərinin azalması müvəqqəti xarakter daşıyır

Şagirdin inkişafına mane olan bəzən onun bacarıqsızlığı deyil, özünəinamsızlığıdır - müəllim

Böyük Britaniyanın keçmiş şahzadəsi polisə etiraz edib

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB VİDEO

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB VİDEO

Budapeştdə polis əməkdaşlarının sayı artırılacaq

Azərbaycan İslam həmrəyliyinin aparıcı qüvvəsidir ŞƏRH

İngiltərədə miqrantların sahilə çıxarılması zamanı etirazçılarla polis arasında qarşıdurma yaşanıb

Ər-Riyadda Məkkə Müdafiə Sazişi çərçivəsində komitə iclası təşkil olunub

İdeoloji risklər sərhəd tanımır - ŞƏRH

Ülviyyə Nağıyeva: İbtidai sinif müəllimi şagirdin həyatında iz qoyur

Müəllimlik illər keçdikcə zənginləşən bir məktəbdir - Leyla İmranova

Yəmən ordusu: Bab-əl-Məndəb ətrafındakı ərazi husilərdən təmizlənib

Əlcəzairdə Afrika və Aralıq dənizi hövzəsi üzrə 14-cü Enerji və Hidrogen sərgi-konfransı keçirilir

Emin Hüseynov: Ağdam şəhəri və üç kənddə yaşayanların sayı 8 mindən çoxdur

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılışı olub VİDEO

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılışı olub VİDEO

Sabah yağış yağacaq VİDEO

Sabah yağış yağacaq VİDEO

Ülviyyə Məmmədova: Alimlik potensialı maraqdan və sual verməkdən başlayır

® “Azercell“ yeni “Oyun Portalı”nı istifadəyə verir: “Azercell“ ilə oyna, yarış, qazan!

İtaliyada minlərlə fermer etiraz aksiyası keçirib

Arif Əsədov: Tofiq Bəhramov adına Respublika Stadionu gəncliyimizin keçdiyi doğma məkandır

Baytarlıq xidmətlərinin gücləndirilməsi davam etdirilir

Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Gənclərdə coğrafiyaya marağı necə artırmalı? – alimdən tövsiyələr

Jalə Əliyeva: Qadınların parlamentdə təmsilçiliyi son 20 ildə 11 faizdən 21 faizə yüksəlib

“Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib

Şagirdlərdə fənnə maraq yarada bildiyim an mənim üçün ən xoşbəxt andır - müəllim

Avropada qaz anbarlarının doluluq nisbəti 72,4 faizdir

Türkiyənin ASELSAN şirkəti HHM hibrid sistemlərinin tədarükünə dair böyük kontrakt imzalayıb

PİSA-nın yaradıcısı: Süni intellekt hazır cavab vasitəsi yox, koqnitiv alət olmalıdır

“EU Reporter” Prezident İlham Əliyevin nitqinə həsr olunmuş analitik məqalə dərc edib

Azərbaycan millisinin fransalı məşqçisi: Hidayət Heydərov xüsusi xarakterə malik cüdoçudur

® “Kapital Bank” nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib

Professor: Müəllimlik və alimlik şəxsiyyətin yetişməsində qoşa qanad rolunu oynayır

Dövlət Xidməti: Laborator və digər diaqnostik müayinələrin nəticələrinin avtomatik təhlil olunması nəzərdə tutulur

Nazir: Aqrar istehsalın səmərəliliyini və rəqabət qabiliyyətini artırmaq hədəfimizdir

Hesabat: Yaxın Şərqdən neft ixracı sentyabrın son həftəsində İran müharibəsindən əvvəlki səviyyəni üstələyib

Avro son 17 ayın ən aşağı səviyyəsinə enib

İvan Muşket: Parlamentarizm Azərbaycan tarixinin müxtəlif mərhələlərində cəmiyyətin və dövlətin inkişafına təsir göstərib

Məcnun Məmmədov: Əsas hədəfimiz daha məhsuldar kənd təsərrüfatı sistemi formalaşdırmaqdır

Parisdə “Nissim de Camondo” muzeyinə oğurluq cəhdi: Şübhəli şəxs saxlanılıb

Müəllim: Hər məktəbdə yanan işıq Azərbaycanın gələcəyidir

Dövlət Xidməti: 91 fakt üzrə 144 nəfər barəsində toplanmış materiallar prokurorluq orqanlarına göndərilib