Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident Kitabxanasında Ümummilli Liderə aid tammətnli elektron resursların, sənədlər toplusunun təqdimatı olub

Bakı, 8 may, Emil Məlikov, AZƏRTAC

Mayın 8-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş geniş foto və kitab sərgilərinin, tammətnli elektron resursların, sənədlər toplusunun təqdimatı təşkil edilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə kitabxananın direktoru Mayıl Əhmədov çıxış edərək, tədbir haqqında ümumi məlumat verib və Ulu Öndərin keçdiyi həyat yolundan, Azərbaycan dövlətinin qurulması və inkişafı uğrunda gördüyü işlərdən danışıb: “Müasir tariximizin bir qərinəlik dövrü dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi və dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişafı, beynəlxalq aləmdə nüfuzunun artması Heydər Əliyevin qətiyyətli siyasəti sayəsində mümkün olmuşdur. Ölkəmizin bugünkü ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrindəki nailiyyətlərin əsası onun dövlətimizin başçısı olduğu dövrdə qoyulub. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası öyrənmək, onu təbliğ etmək və qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli borcudur. Hazırda istər ölkə daxilində, istərsə də xarici ölkələrdə Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə silsilə tədbirlər və beynəlxalq konfranslar keçirilir. Heydər Əliyevin ömür yolu, dövlətçilik missiyası və zəngin irsi yenidən öyrənilir, təhlil və təbliğ edilir. Ümummilli Liderin tövsiyəsi ilə təşkil edilən Prezident Kitabxanası yarandığı vaxtdan etibarən onun həyat və fəaliyyətinin bütün sahələrinə aid materialların, zəngin irsinin toplanılması, sistemləşdirilməsi və onların elektron variantının hazırlanması istiqamətində sistemli iş aparır. Kitabxananın əməkdaşlarının hazırladıqları “Heydər Əliyev. Elektron sənədlər toplusu” Ulu Öndərin anadan olmasının 100 illiyi ərəfəsində həm məzmun, həm də dizayn baxımından tamamilə yenilənib. Geniş oxucu kütləsinin və tədqiqatçıların istifadəsi üçün nəzərdə tutulan həmin informasiya resursu, sənədlərin və materialların rəqəmsal formatda toplanılması və təqdim edilməsi baxımından ölkədə yaradılan ən mükəmməl informasiya sistemidir”.

Onun sözlərinə görə, “Heydər Əliyev. Elektron sənədlər toplusu” 8 fəsil və 42 bölmədən ibarətdir. “Ümummilli Lider” fəslinin “Bioqrafiya” bölməsində Heydər Əliyevin həyat və fəaliyyətinin mühüm məqamları öz əksini tapır. “Xronologiya” bölməsində 1923-1969, 1969-1982, 1982-1987, 1990-1993 və 1993-2003-cü illərdə Heydər Əliyevin gündəlik həyatının mühüm mərhələləri 412 səhifədə xronoloji ardıcıllıqla işıqlandırılır. Elektron resursun “Sənədlər” fəsli “Nitqlər”, “Çıxışlar”, “Söhbətlər”, “Müsahibələr”, “Bəyanatlar”, “Təbriklər” bölmələri üzrə qruplaşdırılıb. Bu fəsildə yerləşdirilən materialların ümumi həcmi 7 min səhifədən artıqdır. “Xarici siyasət fəaliyyəti” fəslinin “Xronologiya” bölməsində Heydər Əliyevin Prezident olduğu illərdə 36 dövlətə 132 səfərinin materiallarının təhlili göstərir ki, bu səfərlərin 32-si dövlət və rəsmi səfər xarakteri daşımışdır. Ümummilli Lider Türkiyəyə 24, Rusiyaya 22, ABŞ-a 9 dəfə səfər edib. 5 dəfə BMT-də, 20 dəfə MDB-də, 5 dəfə Türk Dövlətləri Təşkilatında keçirilən tədbirlərdə iştirak edib. NATO, AŞPA, ATƏT, GÜAM, İKT kimi regional təşkilatların tribunalarından dəfələrlə Azərbaycanın haqq səsini dünyaya çatdırıb. Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanması məqsədilə Ermənistan prezidentləri ilə 21 görüş keçirib. Bu fəslin “Rəsmi sənədlərin biblioqrafiyası” bölməsində Heydər Əliyevin imzaladığı 5863 qanun, fərman və sərəncamın biblioqrafik təsvirləri illər üzrə toplanılıb təqdim edilir. Təhlillər göstərir ki, Heydər Əliyev müəllifi olduğu “Neft strategiyası”nı reallaşdırmaq üçün müxtəlif səviyyələrdə 46 görüş keçirib, bu mövzuda 85 dəfə nitqlər söyləyib və çıxışlar edib, 4 bəyanat və 8 dəfə müxtəlif KİV-lərə müsahibə verib.

Diqqətə çatdırılıb ki, “Elektron kitabxana” fəslində 1997-2013-cü illərdə çap edilən və Ümummilli Liderin çıxışlarının, nitqlərinin, bəyanatlarının, məktublarının, müsahibələrinin, söhbətlərinin, müraciətlərinin mətnləri daxil edilmiş “Müstəqilliyimiz əbədidir” çoxcildliyinin 46 cildinin elektron versiyaları, Kitabxananın fonduna daxil olan Heydər Əliyev haqqında yazılan 400-dən artıq kitabın və 1100-dən artıq seçilmiş məqalənin elektron versiyaları öz əksini tapır.

Kitabxananın əməkdaşlarının Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə hazırladıqları “Heydər Əliyev-100” adlı statik Elektron biblioqrafik göstərici resursun “Biblioqrafiya” fəslində yerləşdirilib. Göstəricidə Heydər Əliyev haqqında müxtəlif dillərdə yazılan kitabların və dövri mətbuatda dərc edilmiş məqalələrin, müdafiə olunmuş dissertasiyaların avtoreferatlarının biblioqrafik təsvirləri, Azərbaycan və rus dillərində kitab müəlliflərinin köməkçi adlar göstəricisi də təqdim edilir. Göstəricidə 10 minə yaxın biblioqrafik təsvir verilir. Elektron resursun “Fotoqalereya” fəslinin “Fotoalbom” bölməsində Ümummilli Lider Heydər Əliyevin ömrünün bütün dövrlərinin mühüm məqamlarını özündə əks etdirən fotolar xronoloji ardıcıllıqla təqdim edilir. “Fotosənəd” bölməsində isə dahi şəxsiyyətə məxsus şəxsi sənədlərin bir qisminin surətləri yerləşdirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycanın inkişafı naminə Ümummilli Lider Heydər Əliyevin gördüyü misilsiz işlərdən danışıb: “Azərbaycanın inkişaf edərək dirçəlməsində və onun müstəqil və suveren ölkə kimi nüfuz qazanmasında Ulu Öndərin misilsiz xidmətləri var. Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunması, çoxəsrlik tarixi ənənələrin və ümumiyyətlə Azərbaycan xalqının azadlıq və müstəqillik yolunda öz milli-mənəvi mirasının yaşadılmasında Ulu Öndər Heydər Əliyevin xidmətləri danılmazdır. Burada təqdim olunan Ümummilli Liderə aid hazırlanmış tammətnli elektron resursların önəmi ondadır ki, bundan müxtəlif qurumların, dövlət orqanları və təşkilatların bəhrələnmək imkanları olacaq. Ulu Öndər Heydər Əliyev müasir, müstəqil Azərbaycanın tarixində misilsiz, müstəsna rol oynamış şəxsiyyətdir. Ulu Öndər hər cəhətdən zamanını qabaqlayan liderlərdən idi. Heydər Əliyevin dahiliyi onda idi ki, o, bir çoxlarının vaxtında dərk edə bilmədiyi, anlaya bilmədiyi mətləbləri, hədəfləri öz uzaqgörənliyi sayəsində zamanında həll edə bilib. Bunun da sayəsində biz bu gün müasir, inkişaf etmiş, güclü bir dövlətdə yaşayırıq".

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova deyib: "Ümummilli Liderin irsi o qədər geniş və böyükdür ki, onun öyrənilməsi və araşdırılması üçün böyük İnstitutlar lazımdır. Ulu Öndər haqqında hansısa araşdırma aparmaq, məqalə yazmaq və layihə üzərində işləmək böyük bir məsuliyyət tələb edir. Bu özlüyündə bir günün işi deyil, bunun hazırlanmasına illər lazımdır. Bu gün fəxr edirik ki, Ümummilli Lider Heydər Əliyev kimi rəhbərimiz olub və o, özünün üstün şəxsiyyəti, hər hərəkəti ilə daim bizə örnəkdir. Bu gün də Ulu Öndərin layiqli davamçısı İlham Əliyev onun vəsiyyətlərini, ideyalarını layiqincə həyata keçirir. Biz xoşbəxt xalqıq ki, belə bir dövlətdə yaşayırıq və belə bir zəngin tariximiz var”.

Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub, həmçinin Ulu Öndərin anadan olmasının 100 illiyinə həsr olunmuş geniş foto və kitab sərgilərinə baxış keçirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Elgün Hacıyev: Qərbi azərbaycanlıların qayıdış hüququ beynəlxalq mexanizmlər çərçivəsində nəzərdən keçirilməlidir

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kral VI Məhəmməd: Səudiyyə Ərəbistanına hücum Mərakeşə hücum deməkdir

Otuz ildən sonra tarixi Zəfər və Azərbaycanın yaratdığı yeni reallıqlar - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-da tələbələr üçün sahibkarlıq və startap mədəniyyətinə dair təlim təşkil olunub

“Parma” baş məşqçisi ilə yollarını ayırıb