Respublika Seysmoloji Xidmət Mərkəzində bayram tədbiri keçirilib
Bakı, 30 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib.
Mərkəzin İnformasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edən RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli 2019-cu ildə mərkəzdə aparılan elmi və elmi-tədqiqat işlərinin nəticələrini müsbət qiymətləndirib və əməkdaşların qarşısında duran vəzifələr və yeni tələblər haqqında danışıb.
O, müasir Azərbaycan dövlətinin memarı və qurucusu olan ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmasından sonra ölkəmizin müstəqilliyinin qorunması və inkişafı istiqamətində mühüm addımlar atıldığını, quruculuq işinin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini qeyd edərək yeni ildə mərkəz əməkdaşlarına ən xoş arzularını çatdırıb.