UNEC “Gələcəyin tədqiqatçıları”nı yetişdirir
Bakı, 18 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ölkəmizdə sosial elmlər üzrə kadr potensialına töhfə verəcək yeni layihənin icrasına başlayıb.
Bu barədə AZƏRTAC-a UNEC Empirik Tədqiqatlar Mərkəzinin rəhbəri dosent Xətai Alıyev məlumat verib. O bildirib ki, UNEC Empirik Tədqiqatlar Mərkəzi tərəfindən icra olunan və UNEC Tədqiqat Fondu tərəfindən maliyyələşdirilən “Gələcəyin tədqiqatçıları” layihəsi həyata keçirilir. Layihə çərçivəsində UNEC-in 57 tələbəsi seçilərək Mərkəzin rəhbər müavini, Böyük Britaniyanın Qlazqo Universitetinin doktorantı Nicat Muradzadə tərəfindən keçirilən 32 saatlıq onlayn təlimə cəlb olunub.
Layihənin məqsədi UNEC tələbələrində elmi tədqiqata marağı artırmaq, onlara zəruri tədqiqat bacarıqları aşılamaq və akademik mentor nəzarətində elmi məqalə yazmalarına nail olmaqdır. Layihə çərçivəsində azı 20 iştirakçının potensial tədqiqatçı kimi yetişdirilməsi və yazılan elmi məqalələrin nüfuzlu beynəlxalq elmi jurnallarda dərc olunmasına dəstək verilməsi planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [14:44]
MEK-də Beynəlxalq Müəllimlər Gününə həsr edilən sərgi
- 05.10.2026 [14:40]
Elmi düşüncə sual vermək və araşdırmaqla formalaşır – Gülnar Qəmbərova
- 05.10.2026 [14:12]
AZMİU-nun layihəsi Elm Fondunun qrant müsabiqəsinin qalibi olub
- 05.10.2026 [14:02]
“İslam mədəniyyəti atlası” şərqşünas-alimin tərcüməsində
- 05.10.2026 [14:00]
Çin təhsili və akademik mühitindən bəhs edən kitabın təqdimatı olub
- 05.10.2026 [13:55]
Müəllim uşağın içindəki işığı üzə çıxarmalıdır – gənc alimin düşüncələri
- 05.10.2026 [13:42]