YENİ MEMARLIQ MÜKAFATI TƏSİS EDİLMİŞDİR
Şirkətdən AZƏRTAC-a verilən məlumata görə, 2004-cü ilin dizayn interyerləri sahəsində birinci xüsusi memarlıq mükafatı fərdi yaşayış evi, ictimai interyer və yaşayış interyeri nominasiyaları üzrə veriləcəkdir. ”Memarlıq Mükafatı” müsabiqəsi peşəkar auditoriya - memarlar, dizaynerlər, memarlıq və dizayn bürosu arasında keçirilir. Müsabiqənin münsiflər heyətinin sədri Azərbaycanın əməkdar memarı Rasim Əliyevdir.
Nominasiyalar üzrə layihələr 15 noyabr 2004-cü il tarixədək “Creative System” eksklüziv santexnika salon mağazasında qəbul ediləcəkdir. Müsabiqənin məqsədi fərdi sifarişlə yaradılmış ən yaxşı layihələrin seçilməsi, müasir Azərbaycan memarlığı və interyerinin inkişafına kömək etməkdir. Tədbirə yekun vurulduqdan sonra cari ilin dekabr ayında nominasiyaların qaliblərinə Memarlıq mükafatı-Yaddaş nişanəsi, Qalib və Laureat şəhadətnamələri, 5 milyon manat məbləğində pul mükafatı, qiymətli hədiyyələr təqdim olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [15:07]
Musiqini öyrətmək və sevdirmək: Pedaqoqun əsl missiyası nədir?
- 05.10.2026 [11:23]
Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib
- 04.10.2026 [18:01]
“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib
- 04.10.2026 [17:30]