Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetinin nümayəndələri ilə görüş keçiriləcəkdir
Bakı, 8 oktyabr (AZƏRTAC). Oktyabrı 9-da Azərbaycan Turizm İnstitutunda (ATİ) Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetinin prorektoru Karl Ensfelner və proqram əlaqələndiricisi Andreas Veysenbak magistratura pilləsində təhsil alan tələbələrlə görüşəcəklər.
ATİ-dən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan-Avstriya Turizm Proqramı çərçivəsində keçiriləcək görüşdə Avstriyanın ölkəmizdəki səfirliyinin və Mədəniyyət və Turizm Nazirliyinin məsul işçilərinin iştirakı nəzərdə tutulmuşdur.
Ötən ilin oktyabrında ATİ ilə Krems Tətbiqi Elmlər Universiteti arasında əməkdaşlıq sazişi imzalanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]