“AZƏRBAYCAN QADINLARININ LİDERLİK PROQRAMI” ÜZRƏ TƏLİMLƏR KEÇİRİLƏCƏKDİR
Azərbaycanda fəaliyyət göstərən ABŞ-ın “Procekt Harmoni” təşkilatı “Azərbaycan qadınlarının liderlik proqramı”nı həyata keçirir.
Təşkilatdan AZƏRTAC-a bildirmişlər ki, proqram çərçivəsində qadınların siyasi aləmdə fəaliyyətini genişləndirmək məqsədi ilə
Bakı, Gəncə, Sumqayıt, Lənkəran və Naxçıvan şəhərlərində silsilə təlimlər keçirilməsi planlaşdırılır. Məşğələlərdə 250 qadın iştirak edəcəkdir.
Xatırladaq ki, proqram ABŞ-ın Dövlət Departamentinin Təhsil və Mədəniyyət İşləri üzrə Bürosu tərəfindən Azadlığa dəstək Aktı çərçivəsində maliyyələşdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]