AZƏRBAYCAN RESPUBLİKASI XARİCİ İŞLƏR NAZİRLİYİ MƏTBUAT MƏRKƏZİNİN MƏLUMATI
“Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” haqqında bəndin sessiyanın gündəliyinə salınması məsələsinə 2004-cü il oktyabrın 24-də BMT Baş Komitəsinin iclasında baxılmışdır. Aparılmış müzakirələr nəticəsində Komitə həmin bəndin Baş Məclisin cari gündəliyinə salınmasını tövsiyə etmişdir.
Baş Komitənin tövsiyəsinə əməl edilərək, həmin məsələ 2004-cü il oktyabrın 29-da BMT Baş Məclisinin iclasında müzakirə olunmuşdur. Müzakirələr zamanı Ermənistan məsələsinin səsə qoyulmasını tələb etmişdir. Səsvermədə 143 dövlət iştirak etmişdir. Bəndin sessiyanın gündəliyinə salınmasının lehinə 43, əleyhinə 1 (Ermənistan) dövlət səs vermiş, 99 dövlət bitərəf qalmışdır. Beləliklə, “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” haqqında bəndin BMT Baş Məclisi 59-cu sessiyasının gündəliyinə salınması barədə qərar qəbul edilmişdir.
BMT Baş Məclisinin bu qərarı Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində Ermənistanın həyata keçirdiyi qanunsuz hərəkətlərinin qarşısını almaq məqsədi ilə həmin məsələnin səmərəli və ədalətli müzakirəsi üçün zəmin yaratmışdır.