Azərbaycan Turizm İnstitutunda təhsil və təcrübənin əlaqələndirilməsinə dair hesabat-təqdimat keçirilmişdir
Bakı, 31 oktyabr (AZƏRTAC). Azərbaycan Turizm İnstitutunda (ATİ) təhsil və təcrübənin əlaqələndirilməsinə dair hesabat-təqdimat keçirilmişdir.
ATİ-dən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə institutun rektoru, professor Cəfər Cəfərov təhsil və təcrübənin əlaqələndirilməsi metodunun keyfiyyətli kadr hazırlığı prosesinə müsbət təsirindən söhbət açmışdır. Hesabat-təqdimatın nəticələrindən danışan rektor bildirmişdir ki, 2007-2012-ci illərdə institut tələbələrindən 84 nəfər Türkiyə, ABŞ, İsrail, Yunanıstan, Ukrayna, Malta, Almaniya və Qazaxıstanda istehsalat, 100 nəfər Türkiyə, Şimali Kipr və Yunanıstanda yay tanışlıq təcrübəsində olmuşlar.
Ötən tədris ilində 130 tələbənin böyük əksəriyyəti Bakıda, bir qismi isə Şəki, Quba, Qusar, Naxçıvan və digər bölgələrin turizm və sosial istiqamətli müəssisələrində, muzeylərdə, müvafiq şirkətlərdə, 24 nəfər isə İsrail, Almaniya, Türkiyədə istehsalat təcrübəsi keçmişlər. ATİ tələbələrinin istehsalat və yay tanışlıq təcrübəsi zamanı iş vərdişləri, kollektiv və müştərilərlə münasibətləri müvafiq qurumlar tərəfindən yüksək qiymətləndirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [10:30]
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]