Azərbaycan Ukraynada keçiriləcək beynəlxalq turizm sərgisində təmsil olunacaqdır
Bakı, 7 oktyabr (AZƏRTAC). Oktyabrın 11-dən 13-dək Ukraynanın paytaxtı Kiyevdə “Ukraine İnternational Travel Market” adlı Beynəlxalq turizm sərgisi keçiriləcəkdir.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, sərgidə nazirliyin turizm şöbəsinin müdiri Aydın İsmiyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edəcəkdir. Heyətə şöbənin tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun müdiri Rəhman Oruclu, “Regea Travel”, “Billur Tour”, “Geo Travel”, “Millenium Tourism & Congress DMC”, “Gilan turizm”, “Qranit AS” və “Safe Way” şirkətlərinin nümayəndələri daxildirlər.
Sərgidə ölkəmizin turizm potensialının nümayiş etdirilməsi məqsədilə nazirlik tərəfindən 48 kvadratmetrlik pavilyon icarəyə götürülmüşdür. Burada paytaxt Bakı və regionlarımızın turizm imkanlarını əks etdirən 30 adda reklam-çap məhsulları yerləşdiriləcəkdir. Təbliğat materiallarının stendlə maraqlanan ziyarətçilərə paylanılması nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]