Azərbaycan və Latviya arasında turizm sahəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə edilmişdir
Riqa, 18 oktyabr (AZƏRTAC). Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Latviyaya rəsmi səfəri çərçivəsində oktyabrın 17-də bu ölkənin iqtisadiyyat naziri Daniels Pavlyuttsla görüşmüşdür.
Görüşdə Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalov və digər rəsmi şəxslər iştirak edirdilər.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi barədə Latviya nazirinə məlumat verən Əbülfəs Qarayev iki ölkə arasında turizm sahəsində mübadilə aparmağın zəruri olduğunu bildirmişdir. Nazir Azərbaycanın turizm potensialından, o cümlədən ekstremal turizm üçün yararlı zonalardan danışmışdır. Ə.Qarayev regionlarda turizm infrastrukturunun inkişafı haqqında da məlumat vermişdir. O qeyd etmişdir ki, son illər Azərbaycanda 5 beynəlxalq hava limanı inşa edilmişdir ki, bu da ölkədə turizmin inkişafına imkan yaradır.
Latviyanın iqtisadiyyat naziri Daniels Pavlyutts turizm sahəsində Azərbaycana yardım göstərməyə hazır olduğunu bildirmişdir.
Tərəflər gələcəkdə iki ölkənin turizm şirkətləri arasında əlaqələrin genişləndirilməsinin, turizmin təşkili sahəsində təcrübə mübadiləsi aparılmasının zəruri olduğunu vurğulamışlar.
Statistikaya görə, təkcə 2011-ci ildə Azərbaycandan Latviyaya 1400-dən çox, Latviyadan Azərbaycana 1200-dən çox turist gəlmişdir.
Görüşdə Azərbaycan və Latviya arasında daimi əsasda birbaşa aviareyslərin açılması məsələsi müzakirə edilmiş, bələdçi kitabçalarının birgə nəşrinin, iki ölkənin turizm potensialı haqqında reklam videoçarxlarının çəkilməsinin zəruri olduğu vurğulanmışdır.
Nigar Hüseynova
AZƏRTAC -ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [10:30]
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]
Bakı–Tbilisi qatarının bərpası turizm sektorunu canlandıracaq
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]
Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib
- 10.06.2026 [18:17]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [18:15]
Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan
- 10.06.2026 [18:14]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [18:02]
“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
- 10.06.2026 [17:59]