Azərbaycanın milli mətbəxi London sərgisində nümayiş olunacaqdır
Bakı, 22 oktyabr (AZƏRTAC). Noyabrın 5-dən 8-dək Londonda “World Travel Market-2012” (WTM) Beynəlxalq turizm sərgisi keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanı təmsil edəcək “Victory Tour” turizm şirkəti bu məqsədlə xüsusi təqdimat hazırlamışdır. Sərgidə ölkəmizin mədəniyyəti və tarixi abidələri, turizm obyektləri haqqında məlumatlarla yanaşı, Azərbaycanın milli mətbəxi də sərgi iştirakçılarına təqdim olunacaqdır.
Sərgidə ən maraqlı stendlərə müxtəlif hədiyyə və mükafatların verilməsi də nəzərdə tutulmuşdur. Sərginin ən mötəbər mükafatı olan “World Travel Market Pride of Agents Awards” bir il ərzində seçilən iştirakçıya veriləcəkdir.
Azərbaycanın “Victory Tour” şirkəti də bu mükafatı almağa iddialıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]