Azərbaycanın turizm potensialının xarici ölkələrdə təbliğinə mühüm əhəmiyyət verilir
Bakı, 6 oktyabr (AZƏRTAC). Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov ilə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye arasında görüş keçirilmişdir.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, N.Səmədov təmsil etdiyi nazirliyin Azərbaycanın turizm potensialının xarici ölkələrdə təbliğinə yönəldilmiş fəaliyyəti haqqında səfirə məlumat vermişdir. Bildirmişdir ki, müasir şəraitdə geniş turizm potensialına malik olan Azərbaycanın bu sahədə təbliğatı mühüm əhəmiyyət kəsb edir.
Görüşdə tərəflər, həmçinin turizm sahəsində ikitərəfli əməkdaşlığın perspektivlərini, müxtəlif layihələri, Azərbaycanın turizm potensialının Fransa televiziya kanallarında təşviqi məsələsini müzakirə etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]