Bakı Şopinq Festivalının növbəti sürprizi - “Mademoiselle Boutique”
Bakı, 14 aprel, AZƏRTAC
Bakı Şopinq Festivalı alış-veriş həvəskarlarına günbəgün daha çox brendin güzəştlərini təqdim etməkdə davam edir. Növbəti sürpriz “Mademoiselle Boutique” brend mağazası olub.
Azərbaycan Konqreslər Bürosundan AZƏRTAC-a bildirilib ki, bu gündən etibarən “Mademoiselle Boutique” butikində də festival ab-havası yaşanacaq. BSF-də qeydiyyatdan keçərək Bakı Şopinq Festivalının iştirakçı statusu alan butikdə qiymət fərqini görmək üçün M.Əliyev küçəsi, 200 ünvanına gəlmək kifayətdir.
Bütün alıcılar mayın 10-dək “Mademoiselle Boutique” mağazasında alış-veriş etməklə böyük güzəştlər əldə edəcəklər. Burada şopinq həvəskarlarını 30 faizədək endirimlər gözləyir.