BƏLƏDİYYƏ ÜZVLÜYÜNƏ NAMİZƏDLİYİ QEYDƏ ALINMIŞ YAP ÜZVLƏRİNİN İŞTİRAKI İLƏ BÖLGƏLƏRDƏ SEMİNARLAR KEÇİRİLİR
Qeyd edilmişdir ki, bələdiyyələrin fəaliyyətə başlamasından bu günə qədər keçən müddəti bələdiyyə institutunun formalaşması dövrü kimi qiymətləndirmək olar. Məhz bu müddətdə bələdiyyə orqanları, onların maddi-texniki bazası formalaşmış, dövlət əmlakının bir hissəsi, o cümlədən respublikanın torpaq fondunun 32 faizi bələdiyyə mülkiyyətinə verilmişdir. Bələdiyyələrin gələcək uğurlu fəaliyyətini təmin edəcək hüquqi baza yaradılmışdır. Yeni qurumun müstəqilliyi, öz mülkiyyətinə və büdcəsinə dair azad sərəncam vermək hüququ təmin olunmuşdur. Müstəqil bələdiyyə büdcələri formalaşmış, fəaliyyətə başladığı ilk günlərdən hər il mütəmadi olaraq dövlət büdcəsindən bələdiyyələrə kömək məqsədi ilə dotasiya formasında vəsait ayrılmışdır.
Ölkəmizdə seçkilərin demokratik, azad və ədalətli keçirilməsi üçün hərtərəfli şəraitin olduğuna, hüquqi bazanın formalaşdığına və “Seçkilər Məcəlləsi”nin beynəlxalq standartlara cavab verdiyinə konkret faktlarla aydınlıq gətirilmişdir. Deputatlar bununla bərabər bir sıra bələdiyyələrin fəaliyyətini nümunə kimi göstərməklə təsadüf olunan nöqsanlara toxundular. Bildirdilər ki, əhalinin sosial-iqtisadi rifahının yaxşılaşdırılması istiqamətində bələdiyyələrin də üzərinə mühüm vəzifələr düşür. Onlar bunun öhdəsindən layiqincə gəlməli, yeni iş yerlərinin açılmasına, ekoloji tarazlığın qorunmasına, özəl sektorun inkişafına nail olmalıdırlar.
Sonda namizədləri maraqlandıran bir sıra məsələlərə aydınlıq gətirmişdir.