BEYNƏLXALQ ƏMƏK TƏŞKİLATININ KONVENSİYALARI MÜZAKİRƏ OLUNMUŞDUR
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, dəyirmi masada «Analığın mühafizəsi haqqında» Konvensiyanın əhəmiyyətindən danışan ombudsman E.Süleymanova həmin sənəddə əks etdirilmiş müddəaların hərtərəfli və geniş şəkildə 1999-cu ildə qəbul edilmiş Azərbaycan Respublikasının Əmək Məcəlləsində artıq təsbit olunduğunu bildirmiş, konvensiyanın ölkəmiz tərəfindən ratifikasiya edilməsinin məqsədə uyğunluğunu qeyd etmişdir. Bununla yanaşı, o, digər Konvensiyanın müddəalarının milli qanunvericiliklə əlaqəli araşdırılaraq öyrənilməsini, ratifikasiya edilməsini cəmiyyətimizdə əmək sahəsində gender bərabərliyinin bərqərar olması yolunda atılacaq növbəti real addımlardan biri kimi qiymətləndirmişdir.
Ombudsman bu problemlərin həllində hökumətin, həmkarlar təşkilatlarının, işəgötürənlərin birgə məsuliyyət daşıdığını xüsusi vurğulamışdır.