BMT-nin baş katibi Londonda jurnalistlərlə görüşüb
London, 6 fevral, AZƏRTAC
Britaniyanın məşhur beyin mərkəzi “Chatham House” - Kral Beynəlxalq Münasibətlər İnstitutunun təşkilatçılığı ilə BMT-nin baş katibi Pan Gi Mun jurnalistlərlə görüş keçirib. Görüşdə AZƏRTAC-ın Böyük Britaniya üzrə xüsusi müxbiri Orxan İsmayılov da iştirak edib.
Görüş “Suriyaya və regiona dəstək” konfransından sonra Londonun məşhur “Central Hall Westminister” tədbirlər mərkəzində təşkil olunub. Xatırladaq ki, 70 il öncə BMT-nin ilk baş katibi məhz bu zalda seçilib.
Baş katib müasir beynəlxalq siyasət, qlobal iqtisadiyyat, millətlərarası münasibətlər və digər mövzularla bağlı qısa məlumat verib, xatirələrini jurnalistlərlə bölüşüb. Həmçinin qlobal sistemə investisiya qoymağın vaxtının yetişdiyini diqqətə çatdırıb.