Dünya şöhrətli Canluka Vakki bakılıları öz DJ proqramına dəvət edir
Bakı, 14 aprel, AZƏRTAC
Bakı Şopinq Festivalının sürprizləri davam edir. Bakılıları və şəhərimizin qonaqlarını öz DJ proqramına dəvət edən Canluka Vakki möhtəşəm repertuarı ilə indiyədək görülməmiş şou vəd edir.
Azərbaycan Konqreslər Bürosundan AZƏRTAC-a bildirilib ki, Canluka Vakki mayın 6-da məhz Bakıda, “Elektra holl”da DJ proqramı ilə çıxış edəcək.
Biletlərin sayı məhduddur. Dünya şöhrətli milyonçunun çıxışını canlı izləmək və əylənmək üçün xarici ölkələrdən turistlər artıq bilet sifarişlərinə başlayıblar. Buna görə də biletlərin qısa zamanda tükənəcəyi dəqiqdir. Canluka Vakki şousunun canlı şahidi olmaq istəyənlər “Elektra holl”un kassalarına yaxınlaşa bilərlər.
Ünvana çatdırılmaqla, bilet sifariş etmək istəyənlər isə 050-501-00-80 mobil nömrəsinə zəng edə bilər.
Alovlu rəqsləri, səyahətləri, dəbdəbəli həyat tərzi ilə şöhrət qazanmış, videoları sosial şəbəkələrdə rekord sayda izlənilən italyan biznesmen və filantrop Canluka Vakkinin Bakı Şopinq Festivalı çərçivəsində çıxışı onun Bakıdakı izləyiciləri üçün böyük hədiyyə olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [10:30]
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]