Dünya Turizm Təşkilatının İcraiyyə Şurasının növbəti iclası keçirilmişdir
Bakı, 31 oktyabr (AZƏRTAC). Oktyabrın 23-dən 25-dək Meksikanın Kampeçe şəhərində BMT-nin Dünya Turizm Təşkilatının (DTT) İcraiyyə Şurasının 94-cü sessiyası keçirilmişdir.
İclasda Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdir müavini Rauf Paşayev təmsil etmişdir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iclas iştirakçıları DTT-nin baş katibi Taleb Rifainin cari ildə turizm sahəsinin vəziyyəti, əsas tendensiyaları, 2012-2013-cü illər üzrə proqramın həyata keçirilməsi, təşkilatın maliyyə vəziyyəti və s. mövzular ətrafında məruzəsini dinləmişlər.
Tədbirdə, həmçinin viza prosedurları və aviareyslərin çatışmazlığı kimi turizmin inkişafına mane olan məsələlər də müzakirə edilmişdir.
Bundan əlavə, iclasda İcraiyyə Şurasının növbəti sessiyasının keçiriləcəyi məkan müəyyən edilmişdir. Səsvermə əsasında Şuranın növbəti iclasının 2013-cü ilin mayında Serbiyanın paytaxtı Belqradda keçirilməsi barədə qərar qəbul edilmişdir.
İclasda Macarıstan 2013-cü il üçün İcraiyyə Şurasının sədri, Yamayka və Mozambik isə həmsədr seçilmişlər.
İcraiyyə Şurasının işində müşahidəçi qismində iştirak edən Azərbaycan artıq Dünya Turizm Təşkilatının katibliyinə Baş Assambleyanın 20-ci sessiyası çərçivəsində keçiriləcək İcraiyyə Şurasına seçkilərdə iştirak etmək niyyətində olduğunu bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.07.2026 [17:56]
Bu ilin birinci yarısında hotellərin gəlirləri 279 milyon manat olub
- 20.07.2026 [14:19]
Moskvada Azərbaycanın turizm potensialı təqdim olunub
- 15.07.2026 [12:26]
“Şahdağ” Turizm Mərkəzində “TourismLAB” yay düşərgəsi təşkil olunub
- 09.07.2026 [14:26]
Naftalanda müalicə turizmi ilə aqroturizmi birləşdirən infotur
Bu saata olan əsas xəbərlər
- [12:00]
Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
- 09.08.2026 [22:39]
Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib
- 09.08.2026 [22:27]
Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar
- 09.08.2026 [22:00]
Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır
- 09.08.2026 [21:55]