Gələn il Azərbaycanın turizm potensialı iyirmi beynəlxalq sərgidə nümayiş olunacaqdır
Bakı, 31 oktyabr (AZƏRTAC). Azərbaycanın turizm potensialı hər il ayrı-ayrı xarici ölkələrdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən icarəyə götürülmüş müxtəlif ölçülü pavilyonlarda nümayiş etdirilir.
Bu sərgilərdə ölkəmizin görməli yerləri, mədəni-tarixi abidələri, mehmanxana və turizm obyektləri əcnəbi dillərdə hazırlanmış müxtəlif adda kitabça, buklet və CD-lər vasitəsilə təbliğ olunur. Sərgidə, həmçinin nazirliyin turizm şöbəsinin əməkdaşları, ölkəmizdə fəaliyyət göstərən bir neçə turizm şirkətinin nümayəndələri də yaxından iştirak edirlər.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, 2012-ci ilin ötən dövründə Azərbaycan 18 turizm sərgisində təmsil olunmuşdur. 2013-cü ildə isə ölkəmiz 20 beynəlxalq turizm sərgisində iştirak edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]