GÜRCÜSTAN PREZİDENTİ ÖZ FƏRMANININ QÜVVƏDƏN DÜŞDÜYÜNÜ BƏYAN ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstan Prezidenti Mixail Saakaşvilinin cari il 24 avqust tarixli fərmanında sentyabrın 20-dən ölkədə məhkəmə islahatının ikinci mərhələsinin başlanması bildirilirdi. Həmin fərmana əsasən Gürcüstanda mövcud məhkəmələrin sayı 70-dən 24-ə endirilməli, 300-dən çox hakimdən 150-si ixtisara salınmalıydı. Bir qrup hüquqşünas bunu dəstəkləməmiş, prezidentə həmin fərmanın ləğv olunması ilə bağlı müraciət etmişdir. M.Saakaşvili hüquqşünasların rəyini nəzərə alıb özünün 24 avqust tarixli fərmanının qüvvədən düşdüyünü bəyan etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]