“İQTİSADİYYAT” QƏZETİNİN XÜSUSİ BURAXILIŞI ÇAPDAN ÇIXMIŞDIR
Ümummilli liderimiz Heydər Əliyevin bu sözləri “İqtisadiyyat” qəzetinin yenicə çapdan çıxmış xüsusi buraxılışına epiqraf seçilmişdir. Nəfis tərtib olunmuş buraxılış İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin bir illiyinə həsr olunmuşdur.
Xüsusi buraxılış Prezidentimizin “And”ından parçalar və andiçmə mərasimini əks etdirən fotoşəkillə başlayır. Sonra oxuculara qəzetin baş redaktoru, Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik Ziyad Səmədzadənin “Dinamik inkişafın yeni keyfiyyət mərhələsi” adlı analitik materialı təqdim edilir. Müəllif diqqəti əsasən sülh, əmin-amanlıq və tərəqqi üçün görülmüş işlərə, irimiqyaslı beynəlxalq layihələrin uğurla həyata keçirilməsinə, qeyri-neft bölməsi və sahibkarlıqda yeni inkişaf meyillərinə, daxili bazarın qorunması, demoqrafik inkişafın təmin edilməsi, aqrar bölmə və regionların tarazlı inkişafı yolunda atılan addımlara və s. cəlb edir.
Yaradıcı kollektiv Azərbaycan Prezidentinin bir il ərzində müxtəlif ölkələrə etdiyi rəsmi səfərləri, dövlət başçıları və nüfuzlu beynəlxalq qurumların rəhbərləri ilə görüşlərini xatırladır. Səfərlər zamanı İlham Əliyevin Azərbaycan həqiqətlərini dünyaya çatdırması xüsusi vurğulanmışdır.
Xüsusi buraxılışda Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun direktoru Tahir Məmmədov, Azərbaycan-Rusiya İqtisadi Əməkdaşlıq Palatasının sədri İntiqam Hüseynov, “THAMES INSUPANCE GROUP”un baş direktoru Rüfət Musayev, “Nikoyl” Sərmayə-Kommersiya Bankı idarə heyətinin sədri Mobil Şərifov, “Azbentonit” MMC idarə heyətinin sədri Füzuli Dünyamalıyev və başqaları öz fikirlərini bölüşmüş, “Ziyalı sözü” rubrikası altında əməkdar incəsənət xadimi, şair Nəriman Həsənzadənin yazısı dərc edilmişdir.
Buraxılışdakı digər materiallar da oxucuların marağına səbəb olacaqdır.