Lənkəran və Astara rayonlarının turizm sahəsində fəaliyyət göstərən müəssisələri təcrübə mübadiləsi edirlər
Astara, 30 oktyabr (AZƏRTAC). Lənkəran və Astara rayonlarının turizm sahəsində fəaliyyət göstərən müəssisələri təcrübə mübadiləsi edirlər.
AZƏRTAC xəbər verir ki, bu məqsədlə Astara rayon mərkəzi kitabxanasında Lənkəran Turizm İnformasiya Mərkəzinin təşəbbüsü ilə turizm sahəsində fəaliyyət göstərən müəssisələrin rəhbərlərinin görüşü keçirilmişdir.
Tədbirdə çıxış edən Astara Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şadoğlan Bayramov və Lənkəran Turizm İnformasiya Mərkəzinin direktoru Samir Axundov cənub bölgəsinin turizm potensialı və onun inkişafı istiqamətində görülmüş işlər, həyata keçirilən layihələr barədə danışmışlar.
Görüşdə çıxış edənlər iki rayon arasında turizm sahəsində təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətini yüksək qiymətləndirmiş, bölgədə bu sahədə mövcud olan problemləri diqqətə çatdırmışlar.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [10:30]
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]