Lerikə gələn turistlərin sayı artmışdır
Lerik, 9 oktyabr (AZƏRTAC). Son illər Lerik rayonunda turizm sektorunun inkişafı sahəsində bir sıra uğurlar qazanılmışdır.
AZƏRTAC xəbər verir ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərə müvafiq olaraq, rayonun mənzərəli yerlərində inşa edilmiş “Relax”, “Təbəssüm”, “Meşəbəyi”, “Çənlibel”, “Xəyal”, “Həyat”, “Qala”, “Cənub”, “Möcüzə”, “Ağgöl” turizm və istirahət mərkəzlərində turistlərin dincəlmələri və mənalı istirahət etmələri üçün lazımi şərait yaradılmışdır.
Bu mərkəzlərdə eyni vaxtda 700 nəfərdən artıq turistin dincəlməsi və istirahət etməsi üçün ən müasir standartlara uyğun hər cür şərait vardır.
Builki turizm mövsümündə rayonun turizm və istirahət mərkəzlərində 7 min 587 nəfər turist dincəlmişdir. Bu, ötən illə müqayisədə 1107 nəfər çoxdur.
Lənkəran-Lerik avtomobil yolunun 36-cı kilometrində müasir kottec və otellərə malik “Cənub” turizm-istirahət mərkəzi inşa edilərək istifadəyə verilmişdir.
“Relax” turizm və istirahət mərkəzində tikintisinə 2010-cu ildən başlanılan “AKVA-PARK”da inşaat işləri davam etdirilir. Burada turistlərin istirahətinin daha rəngarəng təşkili üçün qarşıdakı illərdə kanat yolunun çəkilməsi də nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.07.2026 [17:56]
Bu ilin birinci yarısında hotellərin gəlirləri 279 milyon manat olub
- 20.07.2026 [14:19]
Moskvada Azərbaycanın turizm potensialı təqdim olunub
- 15.07.2026 [12:26]
“Şahdağ” Turizm Mərkəzində “TourismLAB” yay düşərgəsi təşkil olunub
- 09.07.2026 [14:26]