“Loro Piana”da festival endirimləri 60 faizə yüksəldi
Bakı, 21 aprel, AZƏRTAC
Paytaxtımızda fəaliyyət göstərən “Loro Piana” mağazası Bakı Şopinq Festivalına qoşularaq alıcılar üçün xüsusi güzəşt kampaniyasına start verdi. Bu gündən etibarən Bakı şəhərinin mərkəzində - Rəsul Rza küçəsi, 4 ünvanında yerləşən “Loro Piana”da endirimlər başladı.
Azərbaycan Konqreslər Bürosundan AZƏRTAC-a bildirilib ki, “Xaqani” bağının yanında yerləşən, qadın, kişi və uşaq geyimlərinin satışı ilə məşğul olan bu mağazada seçilmiş mallara Bakı Şopinq Festivalı günlərində 60 faizədək endirimlər tətbiq edilib.
Bu fürsətdən hər kəs, festivalın sonuncu gününə - mayın 10-dək istifadə edə bilər. Festivaldan sonra belə sərfəli endirimlər olmayacaq!
Sevdiyiniz, bəyəndiyiniz malları sərfəli qiymətlərlə almaq istəyirsinizsə Bakı Şopinq Festivalı boyunca iştirakçı mağazalarda alış-veriş etməyə tələsin.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]