Macarıstanın turizm şirkətləri nümayəndələri Azərbaycanda olmuşlar
Bakı, 9 oktyabr (AZƏRTAC). Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 4-dən 8-dək Macarıstanın aparıcı turizm şirkətləri, agentlikləri və kütləvi informasiya vasitələrinin nümayəndələrindən ibarət 15 nəfərlik qrupun ölkəmizə infoturu təşkil olunmuşdur.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qrupun tərkibində "Quaestor", "Cartour", "İbusz", "Neckermann", "Tensi", "Napi gazdasag", "GoUtazas Magazine", "Vista" turizm şirkətlərinin, "Türk Hava Yolları" şirkətinin və "Nepszabadsag", "RTL Klub", "Turizmus Trend Magazin", "İnfo Radio", "1000- Ut" kütləvi informasiya vasitələrinin nümayəndələri təmsil olunmuşlar.
Səfər çərçivəsində qonaqlar Quba rayonunda keçirilən "Alma" festivalında iştirak etmiş və Xınalıq kəndində olmuşlar.
Həmçinin infotur zamanı xarici şirkətlərin nümayəndələri və Azərbaycanın daxili turizmin inkişafı ilə məşğul olan turizm şirkətlərinin əməkdaşları arasında qarşılıqlı turist mübadiləsinə dair danışıqlar aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]