Mədəniyyət və Turizm Nazirliyi yeni lisenziyalar vermişdir
Bakı, 5 oktyabr (AZƏRTAC). Azərbaycan Prezidentinin 2002-ci il 2 sentyabr tarixli Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında qaydalar"a və Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq bu ilin sentyabr ayında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aşağıda adları göstərilən turizm müəssisələrinin, mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə dair xüsusi razılıq (lisenziya) verilmişdir:
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, ötən ay fiziki şəxs Əliyev İlqar Ədil oğluna Bakı şəhəri, Məmməd Araz küçəsi, 25 ünvanında yerləşən "Royal Park Hotel" mehmanxanası, "Narın Qala" MMC-yə Şəki şəhəri, Kiş kəndi ərazisində yerləşən "Narın Qala" istirahət mərkəzi, "Azpetrol Ltd." MMC-yə Qazax, Şəki və Balakən rayonları ərazisindəki "Azpetrol" yanacaqdoldurma məntəqələrində yerləşən motellər, "Lənkəran Mehmanxana" ASC-yə Lənkəran şəhəri, Mirmustafaxan küçəsi 19 ünvanında yerləşən "AB Qala" mehmanxanası, "ABU İdman Klubu" MMC-yə Bakı şəhəri, Koroğlu Rəhimov küçəsi, ev 823/824 ünvanında yerləşən "Arena" mehmanxanası, "Ümid MB" MMC-yə Bakı şəhəri, akademik Həsən Əliyev küçəsi, ev 9C ünvanında yerləşən "New Baku" mehmanxanası, "CTF" firmasına Xaçmaz rayonu, Seyidlikəndyeri ərazisində yerləşən "Nabran" istirahət mərkəzi, fiziki şəxs Qiyasov Alim Yusif oğluna Bakı şəhəri, Zərgərpalan küçəsi, ev 66 ünvanında yerləşən "Grand Hotel" mehmanxanası, "Vüsal" MMC-yə Bakı şəhəri, Xətai prospekti, ev 39 ünvanında yerləşən "AYF Palace Hotel" mehmanxanası və "Ailə Sevinc Sanatoriyası" MMC-yə Masallı rayonu, Qəriblər kəndi ərazisində yerləşən "Ailə Sevinc" sanatoriyası üçün lisenziyalar verilmişdir.