MƏDƏNİYYƏT
Məşhur “Barutti” Bakı Şopinq Festivalında
Bakı, 13 aprel, AZƏRTAC
Dünyada tanınmış markalardan olan “Barutti” mağazaları da Bakı Şopinq Festivalına qoşulub. Bakının Lev Tolstoy küçəsi, 191 və Azadlıq prospekti, 163 ünvanlarında yerləşən bu brend mağazalarının alıcıları da artıq festival fürsətlərindən faydalana bilərlər.
Azərbaycan Konqreslər Bürosundan AZƏRTAC-a bildirilib ki, turistlər və Azərbaycan vətəndaşları festival müddətində “Barutti” brend mağazasında alış-veriş etməklə böyük güzəştlər əldə edəcəklər. Belə ki, Bakı Şopinq Festivalının alıcılara təqdim etdiyi endirim aksiyalarına qoşulan “Barutti” mağazasında seçilmiş malların qiyməti 30 faizə qədər aşağı olacaq. Bu sərfəli təkliflər mayın 10-dək qüvvədə olacaq. Eləcə də ödənilən məbləğin ƏDV-si alıcılara geri qaytarılacaq.
Bakı Şopinq Festivalı alıcıları “Baku Shopping Festival - Tax Free” loqosu olan “Barutti” mağazasında alış-veriş etməklə, öz büdcəsinə qənaət etməyə dəvət edir.
Festivala qoşulan mağazaların sayı hər gün artmaqdadır. Qeydiyyatdan keçmiş və hər gün əlavə olunan yeni mağazaların ümumi siyahısı ilə http://bakushopfest.com/ru/istirakcilarin-siyahisi/ linkində tanış olmaq olar. Həmin mağazalar mayın 10-dək müştərilərə endirim və güzəştlər təqdim edəcəklər.