OMBUDSMAN RUSİYANIN İNSAN HÜQUQLARI ÜZRƏMÜVƏKKİLİ APARATININ NÜMAYƏNDƏSİ İLƏ GÖRÜŞMÜŞDÜR
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, müvəkkil ötən dövr ərzində Azərbaycan Respublikasının ombudsmanı ilə Rusiya Federasiyasının, habelə onun bir sıra subyektlərinin, o cümlədən Tatarıstan Respublikasının, Moskva, Sverdlovsk, Saratov vilayətlərinin İnsan hüquqları üzrə müvəkkilləri ilə imzalanmış əməkdaşlıq sazişləri üzrə müxtəlif vaxtlarda işgüzar görüşlər və qarşılıqlı təcrübə mübadiləsinin keçirildiyini, bununla da uzunmüddətli əməkdaşlığın əsasının qoyulduğunu vurğulamışdır.
Rusiya Federasiyası ombudsmanın nümayəndəsi çalışdığı təsisatda insan hüquqları və azadlıqlarının müdafiəsi sahəsində aparılan işlərdən danışmış, beynəlxalq hüquq müdafiə təşkilatları ilə əlaqələrin yaradılması, insan hüquq və azadlıqları sahəsində milli qanunvericiliyin təhlil edilməsi, onun təkmilləşdirilməsi və beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsip və normaları ilə uyğunlaşdırılması üzrə həyata keçirilən tədbirlər barədə məlumat vermişdir.
Görüşdə təcrübə mübadiləsi aparılmış, əməkdaşlığın perspektivləri müəyyənləşdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]