Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qahirə və İsgəndəriyyəyə səyahət: əfsanələrə doğru

Bakı, 15 aprel, AZƏRTAC

İlboyu yay fəslinin hökm sürdüyü Şarm əş-Şeyx dəniz kurortunun üstünlükləri ilə yanaşı, turistlərə çimərlik istirahətini Misirin tarixi şəhərlərinə və regionlarına ekskursiyalar ilə birləşdirmək imkanı bəxş edir. Buradan asanlıqla Qahirə, İsgəndəriyyə, Luksor, Dahab və digər şəhərlərə, hətta qonşu ölkələrə də getmək olar.

Biz, həmçinin Gizadakı nəhəng piramidaları yaxından görmək, eyni zamanda, Aralıq dənizi sahilində yerləşən və Makedoniyalı İsgəndərin əsasını qoyduğu şəhəri gəzmək üçün Qahirə və İsgəndəriyyəyə ikigünlük ekskursiyaya qoşulduq.

Paytaxt həyatının xüsusiyyətləri

Qahirəyə səyahət bəlkə də Şarm əş-Şeyxdə ən populyar ekskursiyadır. Necə də olmasın, Misirə gedəsən və qədim piramidaları da görməyəsən, bu mümkün deyil! “Nefer Tour” şirkətinin təşkil etdiyi səyahətimizə İsgəndəriyyə də daxil idi.

Şarm əş-Şeyxdən Qahirəyə məsafə 500 kilometrdən azacıq çoxdur və onu həm avtomobilə, həm də hava yolu ilə qət etmək mümkündür. Təyyarə ilə səfər təxminən 45 dəqiqə, avtobusla isə 7 saat çəkir. Adətən Qahirəyə gedən turist avtobusları Şarm əş-Şeyxdən gecə saat 02:00-da yola düşür və səhər saat 9:00-da oraya çatır.

Bu cür təşkil olunmuş səfərlərdə ekskursiya rəhbərinin və əla planlaşdırılmış marşrutun olması çox rahatdır. Əgər ekskursiya çərçivəsində gecələmək nəzərdə tutulursa, sizin nəqliyyat, muzeylərə bilet, yemək və ya otel bronu barədə düşünməyinizə ehtiyac yoxdur. Sadəcə rahatlanmaq və səyahətdən zövq almaq olar.

Qahirəyə çatan kimi ekskursiya rəhbəri turistləri paytaxt həyatının xüsusiyyətləri ilə tanış etməyə başlayır. Misirin 90 milyondan artıq əhalisinin 20 milyona yaxını Qahirədə və onun ətrafında cəmlənib. Şəhər ətrafından keçərkən qeyri-adi mənzərəni müşahidə etmək olar: aşağı mərtəbələri məskunlaşdığı halda, yuxarı mərtəbələri tikilib qurtarmamış yüzlərlə ev. Burada belə qəbul olunub: uşaqlar böyüdükcə yuxarı mərtəbələrin tikintisini başa çatdırır, sahmana salır və öz ailələri ilə oraya köçərək, valideynlərinin yanında yaşayaraq özünəməxsus nəsil icmasını davam etdirirlər.

Qahirə Saxaranın yaxınlığında yerləşir və buranın iqlimi olduqca quraqdır. Bunun öz müsbət cəhətləri var. Aşağı rütubət şəraitində metal məmulatlar korroziyaya daha az uğrayır. Bu səbəbdən də şəhərin küçələrində çoxlu sayda 60-70-ci illərə aid və əla vəziyyətdə qalan avtomobillərin şütüdüyünü görmək olar.

Ekskursiyaçıları daşıyan avtobus ilk növbədə yerli tarixi abidə sərraflarının “işğalına” məruz qalmamış piramidalara istiqamətlənir. Bəli, bəli, misirlilər öz məşhur tarixi abidələrinə məftundur və əsasən də həftəsonunda ailəliklə piramidalara axışırlar. Burada bütün siniflə səyyar dərsə çıxan şagirdlər də çox olur.

Piramidaların, sfinksin, aşağı məbəd və kompleksin digər tikililərinin yerləşdiyi əraziyə daxil olmaq üçün biletin qiyməti 80 Misir funtudur (təxminən 4,5 ABŞ dolları). Siz bu məbləğlə tarixi abidələrə ürəyiniz istəyən qədər tamaşa edə bilərsiniz.

Ehramlar, dəvələr və fərasətli aborigenlər

Nəhəng piramidaların və əsasən də onların ən böyüyü - "dünyanın yeddi möcüzəsindən” dövrümüzə gəlib çatan yeganə Xeops ehramının tamaşaçılarda hansı təəssürat oyatdığını deməyə ehtiyac varmı?! Hündürlüyü 146,7 metr olan ehram 1880-ci ilə qədər dünyanın ən hündür tikilisi olub. O, təxminən 4 min il bundan əvvəl 2,5 milyona qədər daş blokdan tikilib. Ehramın yaxınlığında, güman ki, Xeopsun oğulları Xefren və Menkaurun ondan kiçik piramidalarını görmək olar. Orta piramidanın qarşısında siması firon Xefrenin portretinə oxşar olduğu hesab edilən sfinks əyləşib.

Vaxtilə piramidalar üzlənmiş olub, lakin orta əsrlərdə üzlük piltələr tikintilərdə istifadə etmək üçün sökülüb. Piramidaların yaxınlığında Xeops ehramının memarı ehtimal olunan Xemiununun sərdabasını ziyarət etmək olar. Burada sizi heykəllər və qədim Misir heroqlifləri ilə bəzədilmiş divarlar gözləyir. Yeri gəlmişkən, Xeops ehramına giriş üçün ayrıca pul ödəmək lazımdır. Lakin ekskursiya rəhbərinin sözlərinə görə, ehramın içində dəhlizdən və quru divarlardan başqa heç nə görmək mümkün deyil.

Həmçinin əlavə pul ödəməklə salamat qalmış bir neçə nəhəng taxta şahmat topuna da baxmaq olar: onlar piramidaların yaxınlığındakı quyudan tapılıb. Gizanın məbəd tikililərindən yalnız firon Xefrenin aşağı sərdaba məbədi qorunub, yuxarı məbədin isə yalnız döşəməsi salamat qalıb. Aşağı məbəd dövrümüzə qədər gəlib çatmayan yastı damı saxlayan iki cərgə çəhrayı mərmərdən düzəldilmiş dördguşəli sütunların olduğu düzbucaqlı zaldan ibarətdir.

Piramidaların ətrafı nəinki turistlər və yerli sakinlər, eyni zamanda, suvenir satanlar, həmçinin at və dəvə çarvadarları ilə dolu olur. Turistlərə at və dəvələrdə gəzmən təklif edilir. Hətta dəvənin üstündə səhraya təxminən yarım saatlıq kiçik səyahətə də çıxmaq olar: dəvə sahibi sizi 3 nəhəng piramidanın və sfinksin ovuc içi kimi göründüyü xüsusi yerə aparmağa söz verir.

Ekskursiya rəhbəri bədəvilərlə diqqətli olmağı məsləhət gördü. Onların bəziləri turistlərə fotoşəkil çəkməkdə kömək təklif edir. Turist bu köməyin təmənnasız olduğunu zənn edərək fotoaparatını bədəviyə verir. Bədəvi isə şəkil çəkdikdən sonra fotoaparatı sahibinə qaytarmaq üçün “şirinlik” istəyir. Yaxud sizə hər hansı açıqca hədiyyə edir, bir müddət sonra isə geri qayıdaraq onlara pul “hədiyyə” etmənizi istəyir. Bu qəbildən olan insidentlərdən uzaq durmaq üçün bədəvi ilə ünsiyyət qurmaqdan yayınmalısınız.

Muzey sərvətləri və papirusun sirri

Qahirəyə ekskursiya zamanı növbəti vacib məntəqə sərdabalarda, piramidalarda və məbədlərdə aşkar olunan ən qiymətli artefaktların saxlanıldığı Misir Milli Muzeyidir. Bura giriş 75 Misir funtu və ya təxminən 4 dollara başa gəlir. Muzey Qahirənin mərkəzi meydanında - 2011-ci ildə Misir inqilabının əsas hadisələrinin cərəyan etdiyi “Təhrir” meydanında yerləşir. Həmin dövrdə qarətçilər qarışıqlıqdan istifadə edərək muzeyə soxulmuş və bəzi eksponatları oğurlamışdılar. Xoşbəxtlikdən, oğurlanan artefaktların böyük hissəsi sonralar muzeyin fondlarına qayıdıb.

Qahirədəki Milli Muzey qədim Misirin sənətkarlıq əşyalarının qorunduğu dünyanın ən iri muzeyidir. Bunlara 160 mindən çox muzey eksponatı, sözün əsl mənasında, unikal sayıla biləcək çoxsaylı xəzinələr daxildir. Məsələn, 18 yaşında vəfat etmiş gənc firon Tutanxamonun simasını əks etdirən qızıl maska, həmçinin onun qızıl suyuna salınmış və qiymətli daşlarla bəzədilmiş taxtı da onların arasında yer alıb. Muzeydə, həmçinin qədim Misirin 17 hökmdarının mumiyasını görmək olar. Düzdür, əsas mumiya kolleksiyasının saxlandığı otağa girmək üçün əlavə pul ödəmək lazım gəlir. Onsuz da muzeydə o qədər maraqlı eksponatlar var ki, onların heç olmasa bir hissəsinə baxmaq üçün tələsmək lazımdır. İki mərtəbənin təxminən 100 zalında əsasən fironların hakimiyyəti dövrünə aid heykəllər, zinət əşyaları, silahlar, sikkələr, məişət əşyaları, qədim papiruslar nümayiş olunur. Muzeyin kolleksiyası daim zənginləşir. Məsələn, 2017-ci ilin mart ayında arxeoloqların Qahirədə aşkar etdiyi 4 ton ağırlığında və təxminən 8 metr hündürlüyündə heykəl, güman ki, II Ramzesin heykəli olub. Abidə Misir muzeyinin həyətinə qoyulub və istənilən şəxs onu seyr edə bilər.

Misirin tarixi barədə bir çox dəyərli məlumatlar qədim papiruslar vasitəsilə bizə çatıb. Papirusların hazırlanma texnologiyası isə az qala həmişəlik itəcəkdi. Lakin keçən əsrdə alimlər onu yenidən tapmağa müvəffəq olublar. Onlardan ən məşhuru təcrübi-eksperimental yolla papirusun istehsal texnologiyasını daha dəqiq bərpa edən misirli hərbçi, diplomat və ictimai xadim Həsən Rəcəb olub. Bunu barədə bizə Qahirəyə səyahət proqramımzın növbəti məntəqəsi “Papirus İnstitutunda” məlumat verdilər. Əslində institut papirus istehsalı texnologiyası barədə məlumat əldə etməyin və onu satın almağın mümkün olduğu bir növ emalatxana və ya bədii qalereya tipli turizm obyektdir.

Papirus qədim misirlilərin mədəniyyətində vacib rol oynayıb və müqəddəs bitki sayılıb. Onun parlaq çiçəyi günəş şüalarını xatırladır, en kəsiyində üçbucaqlı gövdə quruluşu isə piramida formasına malikdir. Əvvəllər papirus Nil çayının deltasında bol olsa da, hazırda ona az rast gəlinir. Yazı kağızı hazırlamaq üçün bitkinin gövdəsindən istifadə edirlər. Onun soyulan qabığından sonradan səbət, səndəl, papaq və başqa əşyalar toxumaq üçün istifadə olunur, kövrək özəyi isə taxta çəkic və oxlov vasitəsilə şirəsi çıxarılaraq elastik şəklə salınır. Bu yolla əldə olunan lövhələr 6-15 sutka müddətində suda isladılır. Bundan sonra isə bitkinin gövdələri çarpaz formada yığılaraq 10 gün ərzində təzyiq altında saxlanılır və papirus hazır olur.

Müasir rəssamlar papirus vərəqlərində əsasən fironların həyatından məqamları təsvir edir, onların üzərini qədim Misir heroqlifləri, piramidalar, sfinks və bu kimi geniş yayılmış obrazlarla bəzəyirlər ki, bunu da turistlər həvəslə alırlar.

İsgəndəriyyə mayakının varisi və kral sarayı

Qahirədə keçən məzmunlu günlərimiz sona çatdı və biz şəhərin mərkəzində, Nil çayında lövbər salan otel-gəmidə şam edərək dincəldik. Sübh tezdən avtobusumuz sirli İsgəndəriyyəyə yola düşdü.

Bəziləri tarix dərsindən qədim İsgəndəriyyənin əsasının Makedoniyalı İsgəndər tərəfindən qoyulduğunu, dünyanın iki möcüzəsinin - mayak və kitabxananın məhz burada olduğunu, həmçinin Kleopatra və Antonionun məhəbbət macərasının bu şəhərdə cərəyan etdiyini xatırlayır. Müasir İsgəndəriyyəni görmək də maraqlıdır.

Misiri Avropa və Asiya ölkələri ilə birləşdirən Aralıq dənizi İsgəndəriyyənin həyatında mühüm rol oynayır. Müasir İsgəndəriyyənin siması daha çox Avropa şəhərlərini xatırladır - geniş prospektlər, hündür binalar, Korniş sahilində gəzinti. Buranın iqlimi ölkənin daxilindəki kimi isti deyil, ona görə də misirlilər məzuniyyətlərini burada keçirməyə can atırlar.

Şəhərin sahillərini yuyan dəniz effektli və təlatümlüdür. Onun coşqunluğunu bir qədər azaltmaq üçün şəhərin çevrəsində böyük dalğaların çırpıldığı bənd tikilib. Qədimdə bura yüklə dolu qaleralar üzüb və coşqun dalğalarla çarpışaraq sahilə yan almağa çalışıb.

İsgəndəriyyənin sahilyanı hissəsi Kayt-bəy qalasının divarlarından daha yaxşı görünür. Turistləri, əsasən də, İsgəndəriyyə mayakının aqibətindən xəbəri olmayaraq onu görməyə ümid edənləri mütləq buraya gətirirlər. Mayak XIV əsrdə zəlzələ zamanı dağılıb. XV əsrdə onun xarabalıqları üzərində mayakın daşları ilə Kayt-bəy qalası tikilib. Aralıq dənizində vacib forpost rolunu oynayan, dəfələrlə işğal və dağıntıya məruz qalan qalanın əsası Məmlük soltanı Əl-Əşrəf Saif əl-Din Kayt-bəy tərəfindən qoyulub. Keçən yüzilliyin sonlarında qalada miqyaslı bərpa işləri aparılıb. Hazırda o, ekskursiya üçün populyar məkanlardan biridir. Burada misirlilərin öz tarixlərini nə qədər çox sevdiklərinə bir daha əmin olursan: qalada yerli ziyarətçilər az qala turistlərdən çox olur. Qalanın daxilində, həmçinin İsgəndəriyyənin Dəniz Muzeyi, yaxınlığında isə dəniz akvariumu yerləşir.

Qalanın yaxınlığında, sahil kənarında ticarətçilər maqnit, balıqqulağı, muncuq, mərcan, əl işləri və buna bənzər suvenirlər almağı təklif edirlər. Qiymətlər Qahirədə olduğundan ucuzdur.

Ekskursiya üçün digər vacib yer İsgəndəriyyənin Qərb limanında yerləşən əzəmətli Ras əl-Tin Sarayıdır. O, 1833-1847-ci illərdə türk paşası Məhəmməd Əli tərəfindən iqamətgah kimi tikilib və Misirdə ən qədim kral sarayı sayılır. Saray XX əsrin əvvəllərində kral I Fuadın əmri ilə italyan üslubuna salınıb. Hazırda sarayın otaqları Misir Admirallığı tərəfindən diplomatik qəbullar üçün istifadə olunur. Saraya giriş qadağandır və turistlər binanın xarici görünüşünə baxmaqla və onun bağçasında gəzməklə kifayətlənməli olurlar.

Dondurma, paxlava və məşhur kitabxana

İsgəndəriyyə nəinki tarixi abidələr, həm də Aralıq dənizi regionu ölkələrinin ənənələrini özündə birləşdirən mətbəxi ilə məşhurdur. Yerli restoranlar sizə balıqdan və dəniz məhsullarından, həmçinin paxla bitkilərindən hazırlanmış yeməklər, təzə meyvə və tərəvəz, zeytun yağı əlavə olunmuş souslar və buna bənzər təamlar təklif edir.

Misirdə ən yaxşı dondurmanın İsgəndəriyyədə hazırlandığını eşitmək bizim üçün gözlənilməz oldu. Ekskursiya rəhbəri İsgəndəriyyə dondurmasını mütləq dadmağı təklif etdi. Giləmeyvə şirəsi və ləpə qarışıqlı təbii dondurma həqiqətən dadlı idi. Nəhayət, bütün səyahətçilər İsgəndəriyyədən özləri ilə paxlava aparır. Əslində, düzünü desək, azərbaycanlıları paxlava ilə təəccübləndirmək çətindir. Eyni zamanda, Misir paxlavası bizim paxlavaya az bənzəyir və daha çox türk paxlavasını xatırladır.

Şəhəri tərk etməzdən öncə daha bir qədim tikilinin - bizim eradan əvvəl III əsrdə əsası qoyulan İsgəndəriyyə kitabxanasının aqibətini öyrənmək lazımdır. İsgəndəriyyə qədim dövrlərin intellektual və təhsil mərkəzi sayılıb, onun kitabxanası isə zəmanəsinin ən böyük kitabxanalarından biri olub. İsgəndəriyyə kitabxanası da mayak kimi müxtəlif kataklizmlərə - yanğına, qarətə məruz qalıb və nəhayət, tənəzzülə uğrayıb. Lakin 2002-ci ildə antik kitabxananın ehtimal olunan yerində müasir “İsgəndəriyyə kitabxanası” tikilib.

Yeni kompleksə olduqca gözəgəlimli memarlıq xasdır. Kitabxana 8 milyon kitabın saxlanılması üçün nəzərdə tutulub, əsas oxu zalı isə 70 min kvadratmetr sahəyə malikdir. Kompleksə, həmçinin konfrans mərkəzi, görmə qüsuru olan insanlar, habelə yeniyetmə və uşaqlar üçün ixtisaslaşmış kitabxanalar, üç muzey (qədim əşyalar, əlyazmalar və Sadat muzeyləri), incəsənət qalereyaları, planetari və əlyazmaların bərpası laboratoriyası daxildir. Yeni İsgəndəriyyə kitabxanasına dünyanın hər yerindən kitablar hədiyyə olunub. 500 milyard veb-səhifənin surətinin saxlandığı İnternet Arxivi güzgüsü də məhz burada yerləşir.

İsgəndəriyyə çox xoşumuza gəldi: özünəməxsus əzəmətini əsrlər boyu layiqincə mühafizə edən gözəl şəhərdir. İsgəndəriyyə haqqında bilmədiyimiz və təəccüblə qarşıladığımız xəbər o oldu ki, İsgəndəriyyə bizim Yevlaxla qardaşlaşmış şəhərdir - bu həqiqətən belədir.

Emil Eyyubov

Foto: Vitali Nəzərəliyev

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Elgün Hacıyev: Qərbi azərbaycanlıların qayıdış hüququ beynəlxalq mexanizmlər çərçivəsində nəzərdən keçirilməlidir

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kral VI Məhəmməd: Səudiyyə Ərəbistanına hücum Mərakeşə hücum deməkdir

Otuz ildən sonra tarixi Zəfər və Azərbaycanın yaratdığı yeni reallıqlar - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib