Rusiya və Aİ diplomatiyalarının rəhbərləri Qarabağa dair vəziyyəti müzakirə edəcəklər
Moskva, 5 fevral, AZƏRTAC
Fevralın 5-də Moskvada Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel arasında görüş başlanıb.
AZƏRTAC xəbər verir ki, görüşdə, o cümlədən, Qarabağa dair vəziyyət də müzakirə ediləcək.
Bu, Avropa İttifaqı diplomatiyasının rəhbərinin 2017-ci ildən bəri Rusiyaya birinci səfəridir. O vaxt Borrelin sələfi Federika Moqerini Moskvaya səfər etmişdi.
Rusiya XİN-də vurğulayıblar ki, Sergey Lavrov və Jozep Borrel beynəlxalq gündəliyin aktual məsələlərini, o cümlədən Qərbi balkan regionunda, Yaxın Şərqdə, Şimali Afrikada, habelə MDB məkanında vəziyyəti nəzərdən keçirəcəklər.
Tərəflər İranın nüvə proqramı ilə bağlı vəziyyətin nizamlanması, Qarabağda vəziyyətin daha da sabitləşməsi, Avropada təhlükəsizlik məsələləri ilə bağlı geniş əhatəli birgə fəaliyyət planının həyata keçirilməsi perspektivlərini müzakirə edəcəklər.
Avropa İttifaqı Qarabağda döyüş əməliyyatlarının dayandırılmasında Rusiyanın fəal vasitəçiliyini alqışlayır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
- 23.08.2026 [23:55]
Qazaxıstanda Qurultay seçkiləri: “Ədalət” partiyası 71,8 faiz səs toplayıb
- 23.08.2026 [23:43]
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub VİDEO
- 23.08.2026 [23:15]
Belarus və Şimali Koreya arasında vizasız rejim tətbiq olunacaq
- 23.08.2026 [23:13]
Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanışlıq VİDEO
- 23.08.2026 [22:48]
Premyer Liqa: “Neftçi” 3 xalı darmadağınla qazanıb
- 23.08.2026 [22:41]
Naxçıvanda yol-nəqliyyat hadisəsi zamanı 4 nəfər xəsarət alıb
- 23.08.2026 [22:31]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 qızıl medal qazanıb
- 23.08.2026 [21:31]
Voleybol millisinin kapitanı: Komanda yoldaşlarım əla mübarizə apardılar
- 23.08.2026 [21:29]
Voleybol üzrə Avropa çempionatı: Azərbaycan millisi İspaniyaya qalib gəlib
- 23.08.2026 [20:19]
Bu saata olan əsas xəbərlər
- 23.08.2026 [20:02]
Qazaxıstanda Qurultaya seçkilərdə səsvermə başa çatıb YENİLƏNİB 3
- 23.08.2026 [19:42]
Direktor: MEK Özbəkistanın aparıcı kitabxanaları ilə geniş əməkdaşlıq edir
- 23.08.2026 [18:50]
Azərbaycan Prezidentinin dövlət səfəri Özbəkistan mətbuatında
- 23.08.2026 [18:46]
“Fənərbağça”nın 2 futbolçusu “Lyon”la cavab oyununu buraxacaq
- 23.08.2026 [17:40]
Azərbaycan-Özbəkistan müttəfiqliyi yeni məzmun qazanır ŞƏRH
- 23.08.2026 [16:49]