TƏHLİLÇİLƏR ABŞ-DAKI PREZİDENT SEÇKİLƏRİNİ “ARMAGEDDON VƏ YA BÖYÜK VURUŞMA” ADLANDIRIRLAR
Seçki günündən əvvəlki ən son sorğular da bunu təsdiqləyir: 47 faiz Corc Buşu, 47 faiz Con Kerrini dəstəkləyir. Təhlilçilərin fikrincə, rəqəmlər yalnız Buş-Kerri rəqabətini deyil, xalqın iki böyük hissəsinin fikir ayrılığını əks etdirir. Siyasi, iqtisadi, ideoloji, mədəni və demoqrafik cəhətdən qütbləşmiş amerikalıların rəyini.
Seçicilərin hər iki namizədə verdiyi xasiyyətnaməni yekunlaşdırsaq bu nəticəyə gəlmək olar ki, Prezident Buş bir insan kim xoşagələndir. Onun liderlik qabiliyyəti və qətiyyəti müsbət qiymətləndirilir. İraqdakı müharibə və onun başlanması səbəbləri dəstəklənməsə də, Corc Buşun şəxsi əxlaqı və ailə dəyərləri yüksək rəy yaradır.
Con Kerriyə gəldikdə, seçicilər onun ağıllı və dövlət başçısı seçilməyə layiq olduğunu düşünürlər. İqtisadiyyat, səhiyyə, təhsil və digər sahələrin təkmilləşdirilməsində Kerriyə daha çox etibar edirlər. Şubhə doğuran onun gələcəkdə bu məsələlərə dair mövqeyinin dəyişib-dəyişməyəcəyi məsələsidir. Çünki senator Kerrini ictimai dəstəyi qazanmaq naminə mövqeyini tez-tez dəyişən adam kimi qiymətləndirirlər.
Nüfuzlu NBC telekanalı və “Uol Strit Cornal” qəzetinin sorğu xidmətinin başçısı Piter Hart bildirir ki, Corc Buşun 4 illik prezidentliyi zamanı əsas məqsədi növbəti seçkilərdə də qalib gəlmək və ata Buşdan fərqli olaraq, “Ağ evdə ikinci müddətə qalmaq idi. Ekspertin fikrincə bu, mümkün ola bilər. Çünki ata Buş ikinci müddətə seçiləndə seçicilərin 74 faizi ölkədəki iqtisadi vəziyyətdən narazı idilər. Bu gun isə seçicilərin 45-52 faizi Amerika iqtisadiyyatını qənaətbəxş sayırlar. Piter Hart deyir ki, son 52 ilin təcrübəsi göstərir ki, seçici iqtisadiyyatdan razı qalanda, ənənəvi olaraq, prezident yenidən növbəti müddətə seçilmişdir.
Amerikadakı keçmiş seçkilərin nəticələrini dəqiqliklə pronozlaşdıran siyasi təhlilçi Con Zoqbi 2004-cü ilin prezident seçkilərini «Armegeddon və ya böyük vuruşma» adlanıdırır. Con Zoqbi bunu belə izah edir ki, hər iki siyasi düşərgənin nümayəndələri qarşı tərəf qalib gələrsə, az qala dünyanın dağılacağını deyirlər. Onun fikrincə, ilk dəfədir ki, Amerika ictimaiyyəti bu qədər qütbləşmiş, bu qədər hirslidir və qarşı tərəfin namizədinin qələbəsini qəbul etməyəcəyini bəyan edir.