TÜRKİYƏ FİRMALARI TÜRKMƏNİSTANDA TƏXMİNƏN 6 MİLYARD DOLLAR DƏYƏRİNDƏ LAYİHƏLƏR HƏYATA KEÇİRMİŞLƏR
Diplomat demişdir ki, hazırda siyasi, hərbi və ticarət sahələrində əməkdaşlıqla yanaşı, təhsil və mədəniyyət sahələrində də tərəfdaşlıq sürətlə inkişaf edir. TIKA-nın (Türkiyə İnkişaf və Əməkdaşlıq Agentliyinin) bilavasitə köməyi ilə Mərv şəhərində Sultan Səncər məqbərəsinin bərpası bu əməkdaşlığın əyani nümunəsidir. Türkiyə müasir və sağlam düşüncəli gənclərin tərbiyə olunmasında da çox səy göstərir. Bu gün Türkmənistanın hər bir vilayətində müxtəlif səviyyəli müştərək təhsil müəssisələri fəaliyyətdədir.
Türkiyə səfiri uğurla inkişaf edən ticarət-iqtisadi əməkdaşlığın səviyyəsindən də məmnun qaldığını bildirmişdir. Onun sözlərinə görə, Türkiyə biznesmenləri və firmaları Türkmənistanın inkişafına sanballı töhfə verir - bu illər ərzində onların gerçəkləşdirdiyi layihələrin dəyəri 6 milyard dollara yaxındır. Səfir bildirmişdir ki, hazırda Türkmənistanda, əsasən, tikinti, toxuculuq və yeyinti məhsulları sənayesi sahələrində 200-ə yaxın türk firması fəaliyyət göstərir.