TÜRKSOY İpək Yolu festivalını ABŞ-da təşkil edəcəkdir
Ankara, 2 oktyabr (AZƏRTAC). Türk dünyası mədəni irsini dünyada təbliğ etmək məqsədi daşıyan TÜRKSOY-un Amerika-Avrasiya Turkuaz Şurası ilə birgə təşkil etdiyi İpək Yolu festivalı ABŞ-da keçiriləcəkdir.
Təşkilatın Ankaradakı baş ofisindən AZƏRTAC-a bildirmişlər ki, türkdilli ölkələrin, o cümlədən Azərbaycanın tətbiqi sənət nümunələrini, rəssamlıq, kulinariya və folklorunu tanıdacaq 300 sənətçi Amerika Birləşmiş Ştatlarının müxtəlif şəhərlərində keçiriləcək festivallarda iştirak edəcəkdir.
İlk festival oktyabrın 4-dən 7-dək Teksas ştatının Hyuston şəhərində olacaqdır.
Festivalın Azərbaycan ilə bağlı stendində Bakının Xəzər rayonunun Qala qəsəbəsi, “Eurovision-2012” mahnı müsabiqəsinin keçirildiyi “Baku Crystal Hall”, paytaxtımızın tarixi və görməli yerləri haqqında eksponatlar yer alacaq, folklor kollektivlərinin konserti və rəsm-heykəl sərgiləri təqdim olunacaqdır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]