URUQVAYA İLK DƏFƏ OLARAQ SOL SİYASİ QÜVVƏLƏRİN NÜMAYƏNDƏSİ BAŞÇILIQ EDƏCƏK
Uruqvayın tarixində ilk dəfə olaraq bu Cənubi Amerika ölkəsinə sol siyasi qüvvələri təmsil edən prezident başçılıq edəcəkdir. AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, bazar günü keçirilən seçkilərə hələ qəti yekun vurulmasa da, şübhə yoxdur ki, Geniş Cəbhə - Mütərəqqi Görüş sol koalisiyasının nümayəndəsi, paytaxt Montevideonun sabiq meri, 64 yaşlı Tabare Vaskes lazımi miqdarda səs toplamışdır.
Uruqvayda artıq birinci turda qələbə üçün səslərin 50 faizini, üstəgəl bir səs toplamaq lazımdır. Vaskes bu həddi keçmişdir. Vitse-prezident Rodolfo Nin Novoa olacaqdır.
Xatırladaq ki, XIX əsrin birinci yarısından başlayaraq Uruqvaya növbə ilə ya ənənəvi sağ mərkəzçi “Blanko”, yaxud da digər ənənəvi sağ mərkəzçi “Kolorado” partiyalarının nümayəndələri rəhbərlik etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]