YAP ASTARA RAYON TƏŞKİLATININ TOPLANTISI OLMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının toplantısı olmuşdur.
Tədbirdə Prezident İlham Əliyevin bir illik fəaliyyətindən bəhs olunmuş, qarşıdakı bələdiyyə seçkiləri ilə əlaqədar partiya üzvlərinin vəzifələri müzakirə edilmişdir.
Toplantıda çıxış edənlər ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin bir illik fəaliyyətini yüksək qiymətləndirərək, ölkə başçısının daxili və xarici siyasətini, ölkəmizin sosial-iqtisadi inkişafı sahəsindəki uğurlu fəaliyyətini dəstəklədiklərini bildirmişlər.