YAP RAYON TƏŞKİLATININ KONFRANSI KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Yeni Azərbaycan Partiyası Xanlar rayon təşkilatının 6-cı konfransı keçirilmişdir. Konfransın nümayəndələri əvvəlcə Şəhidlər xiyabanına gələrək respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçən soydaşlarımızın məzarları üzərinə tər çiçək dəstələri qoymuşlar. Tədbirdə partiyanın yaradıcısı, ümummilli liderimiz Heydər Əliyevin xatirəsi ehtiramla yad edilmişdir. Ötən hesabat dövrü ərzində görülən işlərlə bağlı məruzə dinlənilərək müzakirə edilmişdir. Qeyd edilmişdir ki, partiyanın sıraları genişlənərək xeyli möhkəmlənmiş, üzvlərin sayı 1773 nəfərə çatmışdır. Hazırda rayonda 53 ərazi ilk partiya təşkilatı fəaliyyət göstərir. Axırda təşkilati məsələyə baxılmış və YAP-ın qurultayına nümayəndələr seçilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]