Azərbaycan hökuməti ilə Dünya Turizm Təşkilatı arasında çox sıx əməkdaşlıq mövcuddur
Bakı, 6 sentyabr (AZƏRTAC). “İpək Yolunun dadı: kulinariya, mədəniyyət və turizm” konfransının məqsədi İpək Yolu üzərində yerləşən ölkələrə turizm axınının çoxalması, bunun Dünya Turizm Təşkilatı vasitəsilə təbliği və ümumi turizm sənayesinin inkişaf etdirilməsidir.
Bu sözləri jurnalistlərə müsahibəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev demişdir. Bildirilmişdir ki, artıq Azərbaycan hökuməti ilə Dünya Turizm Təşkilatı arasında çox sıx əməkdaşlıq mövcuddur. Bu əməkdaşlığın nəticəsidir ki, ölkəmizdə bir sıra beynəlxalq tədbirlər keçirilir. Bakıda ənənəvi turizm sərgisi artıq Dünya Turizm Təşkilatının bayrağı altında keçirilir. İndi isə növbəti mərhələyə - Azərbaycanda xüsusiləşdirilmiş tədbirlərin Dünya Turizm Təşkilatı vasitəsilə təşkilinə başlanılmışdır. Bu konfrans nəzərdə tutulmuş birgə işlərin başlanğıcı kimi qəbul oluna bilər.
Nazir diqqətə çatdırmışdır ki, bu ilin sonunadək və növbəti il ərzində Azərbaycanda xüsusiləşdirilmiş seminar keçiriləcək və bu seminarda Dünya Turizm Təşkilatının mütəxəssisləri daxili turizm statistikasının təkmilləşdirilməsinə dair öz tövsiyələrini verəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]