Azərbaycan Parisdə açılacaq beynəlxalq turizm sərgisində təmsil olunacaqdır
Bakı, 19 avqust (AZƏRTAC). Azərbaycan sentyabrın 18-dən 21-dək Parisdə keçiriləcək “Top Resa” Beynəlxalq turizm sərgisində təmsil olunacaqdır.
Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, beynəlxalq sərgidə ölkəmizin turizm potensialı icarəyə götürülmüş 71,25 kvadratmetrlik pavilyonda təqdim ediləcəkdir. Azərbaycanın dördüncü dəfə təmsil olunacağı sərgidə ölkəmizin görməli yerləri, mədəni-tarixi abidələri, mehmanxana və turizm obyektləri fransız və ingilis dillərində hazırlanmış müxtəlif broşür, buklet və CD-lər vasitəsilə təbliğ olunacaqdır.
Sərgidə nazirliyin turizm şöbəsinin əməkdaşları, Azərbaycanda fəaliyyət göstərən bir neçə turizm şirkətinin nümayəndələri iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]