Azərbaycanın İsveçdəki səfirliyində yaradılmış məntəqədə prezident seçkiləri ilə bağlı səsvermə başa çatıb
Stokholm, 11 aprel, Rauf Əliyev, AZƏRTAC
Azərbaycanın İsveçdəki səfirliyində yaradılmış 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 39 saylı seçki məntəqəsində prezident seçkiləri yerli vaxtla saat 19.00-da başa çatıb.
AZƏRTAC xəbər verir ki, Stokholmda ümumilikdə 151 seçici seçki məntəqəsinə gəlib.
Qeyd edək ki, səsvermə şəffaf şəraitdə keçirilib, heç bir qanun pozuntusu baş verməyib.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm