Azərbaycanın turizm potensialı Ukraynada keçiriləcək beynəlxalq turizm sərgisində nümayiş olunacaqdır
Bakı, 19 avqust (AZƏRTAC). Azərbaycan oktyabrın 11-dən 13-dək Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək “İnternational Ukraine Travel Market” Beynəlxalq turizm sərgisində təmsil olunacaqdır.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, beynəlxalq sərgidə ölkəmizin turizm potensialı icarəyə götürülmüş 48 kvadratmetrlik pavilyonda nümayiş etdiriləcəkdir. Azərbaycanın dördüncü dəfə təmsil olunacağı sərgidə ölkəmizin görməli yerləri, mədəni-tarixi abidələri, mehmanxana və turizm obyektləri rus və ingilis dillərində hazırlanmış müxtəlif adda broşür, buklet və CD-lər vasitəsilə təbliğ olunacaqdır.
Sərgidə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, ölkəmizdə fəaliyyət göstərən bir neçə turizm şirkətinin nümayəndələri iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]