Banqladeşli parlamentari: Azərbaycanda keçirilən şəffaf seçkilər digər ölkələr üçün nümunə ola bilər
Bakı, 11 aprel, AZƏRTAC
Müşahidə apardığımız seçki məntəqələrində seçicilərin sərbəst şəkildə səs verdiklərinin şahidi olduq. Bakıda və Bakıətrafı qəsəbələrdə səsvermə prosesini izlədik. Deyə bilərik ki, Azərbaycanda keçirilən şəffaf seçkilər digər ölkələr üçün nümunə ola bilər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Banqladeş parlamentinin üzvü Nazrul İslam Çovdhuri müşahidələrinin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.
Asiya Parlament Assambleyası sədrinin xüsusi nümayəndəsi, Türkiyə Böyük Millət Məclisinin deputatı Burhan Kayatürk isə bildirib ki, seçicilər səsvermə hüquqlarından sərbəst şəkildə istifadə etdilər. Bizimlə bərabər, bir çox beynəlxalq müşahidəçi də səsvermənin gedişini izlədi. Seçkilər yüksək səviyyədə və demokratik şəraitdə keçdi. Arzu edirik ki, bu seçkilərin nəticələri Azərbaycan xalqı üçün xeyirli olsun.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]