Birləşmiş Ərəb Əmirliklərinə məxsus xəbər saytı şopinq festivalından yazıb
Bakı, 2 may, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinə məxsus “prlog.org” xəbər saytında yerləşdirilmiş “Azərbaycan 2017-ci ildə ərəb səyahət bazarında turizm təyinatı kimi irəli çıxır” sərlövhəli məqalədə ölkəmizin turizm potensialından bəhs olunur.
Bu barədə AZƏRTAC-a Azərbaycan Konqreslər Bürosundan məlumat verilib.
Cənubi Qafqazda iqtisadiyyatın 80 faizinin Azərbaycanın payına düşdüyünü xatırladan məqalədə qeyd olunur ki, bu ölkə bənzərsiz təbiəti və çoxsaylı mədəni, tarixi abidələri ilə turistlər üçün böyük maraq kəsb edir. Bakıda keçirilən şopinq festivalı kimi tədbirlər Azərbaycana gələn turistlər üçün xüsusi bir imkandır: “Azərbaycanda turistlərə xüsusi diqqət və qayğı ilə yanaşılır”.
Festivalın ölkədə davamlı keçiriləcəyini yazan müəllif qeyd edir ki, bu, turistlərə müxtəlif fəsillərdə Bakının qonağı olmaq imkanı yaradacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]