Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bolqarıstan mətbuatı ümummilli lider Heydər Əliyev haqqında məqalələr yayıb

Sofiya, 10 dekabr, AZƏRTAC

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümü Bolqarıstan mətbuatında da geniş işıqlandırılıb. Bolqarıstanın ən nüfuzlu media qurumları Ümummilli Liderin Azərbaycan-Bolqarıstan əlaqələrinin təşəkkülündəki roluna nəzərə salıb. Qeyd olunub ki, dahi siyasi xadimin fəaliyyətinin nəticəsində iki ölkənin hazırkı strateji tərəfdaşlığına zəmin formalaşıb. Məqalələr ölkənin nüfuzlu “Fokus” xəbər agentliyi tərəfindən “Azərbaycan və Bolqarıstan xalqlarının dostluq münasibətlərinin yaxşı gələcəyi var və iki ölkə arasındakı əməkdaşlıq davamlı dərinləşəcək”, “Kırcaalihaber” qəzeti tərəfindən “Azərbaycan-Bolqarıstan əlaqələrinin təşəkkülündə Heydər Əliyevin rolu” və www.novini247.com portalı tərəfindən “Azərbaycanla Bolqarıstan arasında çox yaxın münasibətlər var” sərlövhələri ilə yayılıb.

Məqalələrdə Azərbaycan ilə Bolqarıstan arasındakı əlaqələrin tarixinə toxunularaq münasibətlərin mahiyyətcə keçmiş SSRİ-nin dost sosialist ölkələri ilə münasibətlər çərçivəsindən kənara çıxmadığı qeyd olunub. Azərbaycanın dövlət müstəqilliyini yenidən qazanmasından sonra əməkdaşlıq əlaqələri üçün yeni imkanlar açıldığı və əlaqələrimizin təşəkkülündə ümummilli lider Heydər Əliyevin tarixi missiyası vurğulanıb. Qeyd olunub ki, elə dahi şəxsiyyətlər var ki, mənsub olduqları xalqın tarixi təkamülünə məzmun verir, fəaliyyətləri ilə milyonlara öndərlik edirlər. Onlar yalnız bir xalqa deyil, bütövlükdə bəşər tarixinə töhfə verirlər. Azərbaycan xalqının böyük oğlu, görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyev məhz bu cür şəxsiyyətlərdən olub. Sözün həqiqi mənasında, o, müasir Azərbaycanın tarixi təkamülünə yeni nəfəs verib. Liderlik istedadı və qabiliyyəti ilə Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin qurucusu, siması və hərəkətverici qüvvəsi olub. Məhz Heydər Əliyev fenomeninin fəaliyyəti Azərbaycan-Bolqarıstan əlaqələrinin də inkişafına yeni məzmun qazandırıb.

Daha sonra Bolqarıstanın sabiq Prezidenti Jelyu Jelyevin dəvəti ilə ümummilli lider Heydər Əliyevin 1995-ci il 29-30 iyun tarixində Bolqarıstana rəsmi səfər etməsindən bəhs olunub. Məhz Ulu Öndərin həmin rəsmi səfərinin iki ölkə arasındakı əməkdaşlıq münasibətlərinin yeni mərhələyə qədəm qoymasına zəmin hazırladığı ifadə olunub. Bolqarıstan və Azərbaycan prezidentlərinin görüşündən söhbət açılan məqalələrdə ikitərəfli münasibətlərin inkişaf istiqamətlərinin və bir sıra regional məsələlərin müzakirə mövzusu olduğu diqqətə çatdırılıb. Səfər zamanı Heydər Əliyev və Jelyu Jelyevin bir çox sahələrdə əlaqələrin yaradılmasını nəzərdə tutan dostluq və əməkdaşlıq haqqında müqavilə imzaladıqları vurğulanıb. Azərbaycan Prezidenti Heydər Əliyevin Bolqarıstan parlamentində olduğu və Bolqarısan Xalq Məclisinin sədri Blaqovest Sendovla görüşdüyü xatırlanıb. Əlavə olunub ki, Ulu Öndər Bolqarıstanın Xalq Məclisində çıxış edərək yeni müstəqillik qazanmış dövlət kimi Azərbaycanın üzləşdiyi çətinliklər və Ermənistan-Azərbaycan münaqişəsi barədə, həmçinin ölkədə keçirilən islahatlar haqqında bolqar parlamentarilərinə məlumat verib. Daha sonra Ulu Öndərin dost Bolqarıstanın Baş Naziri və digər rəsmi şəxslərlə görüşərək danışıqlar apardığı, iqtisadi əlaqələrin möhkəmləndirilməsi ilə bağlı bir sıra konkret məsələləri müzakirə etdiyi qeyd olunub. Səfərin tarixi əhəmiyyətinə toxunulan məqalələrdə ulu öndər Heydər Əliyevin sözügedən ziyarətinin dost Bolqarıstanla əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə şərait yaratdığı və daha mükəmməl əlaqələri təşviq etdiyi vurğulanıb.

1998-ci il iyunun 5-də Yaltada Bolqarıstanın sabiq Prezidenti Peter Stoyanovla görüşündə Heydər Əliyevin iki ölkə arasındakı tarixi dostluq əlaqələrinə toxunmasından bəhs olunan yazılarda 1999-cu ilin dekabrında Peter Stoyanovun Azərbaycana rəsmi səfərinin nəticələri sadalanıb. Əlavə olunub ki, Heydər Əliyevin diplomatik fəaliyyətində Bolqarıstanla münasibətlərə necə böyük əhəmiyyət verdiyi Bolqarıstanın sonrakı Prezidenti Georgi Pırvanov tərəfindən belə vurğulanıb: “Hörmətli siyasətçi və dövlət xadimi kimi Heydər Əliyevin adı və nüfuzu Azərbaycan Respublikasının beynəlxalq birlikdə qazandığı layiqli yerlə qırılmaz surətdə bağlı olacaqdır. Biz müasir beynəlxalq gerçəklik şəraitində Bolqarıstan-Azərbaycan dostluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə görə Heydər Əliyevin böyük şəxsi töhfəsini yüksək qiymətləndiririk”.

Hər iki məqalədə ulu öndər Heydər Əliyevin Bolqarıstana səfəri və dost ölkənin ali dövlət rəsmiləri ilə təqdirəlayiq əlaqələrinin nəinki gələcək əməkdaşlığımızı təşviq etdiyi, hətta strateji tərəfdaşlığımıza zəmin hazırladığı qənaətinə gəlinib. Xatırlanıb ki, 3-5 mart 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasına rəsmi səfər edib. Səfər zamanı Prezident İlham Əliyev Bolqarıstanın Baş Naziri Boyko Borisovla görüşüb və iki ölkə arasındakı əlaqələrin yüksək səviyyəsi vurğulanıb. Səfərin ən yaddaqalan hadisəsi isə Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan Prezidenti Rosen Plevneliyev tərəfindən Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması olub. Birgə Bəyannamə ilə nəinki strateji tərəfdaşlığımızın əsası qoyulub, həmçinin əməkdaşlığın gücləndirilməsi və irəliyə doğru aparılmasına möhkəm hüquqi zəmin yaradılıb. Ardınca beynəlxalq hüququn ümumqəbulolunmuş prinsiplərindən biri kimi sərhədlərin toxunulmazlığı prinsipinə əsasən Bolqarıstanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyi və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduğunu bəyan edərək hər zaman Azərbaycanın və beynəlxalq ictimaiyyətin bu istiqamətdəki səylərini müdafiə etdiyi vurğulanıb.

Bolqarıstan KİV-ləri bu il ulu öndər Heydər Əliyevin vəfatının 16-cı ildönümünün qeyd olunacağını xatırladaraq dahi dövlət xadiminin adının yalnız onun siyasi fəaliyyəti ilə məhdudlaşmadığını da yazıb. Vurğulanıb ki, bu gün onun adını daşıyan və ideallarına xidmət edən Heydər Əliyev Fondu Ulu Öndərin dəyərlərini layiqincə yaşadır. Fondun əsas fəaliyyət istiqamətlərindən biri ölkə və dünya əhəmiyyətli tarixi abidələrin bərpası, yeni mədəniyyət ocaqlarının yaradılması, bir sözlə, ümumbəşəri dəyərlərin mühafizəsidir. Heydər Əliyev Fondunun xarici ölkələrdə tarixi mədəniyyət abidələrinin bərpası və yeni mədəniyyət obyektlərinin inşası sahəsində fəaliyyətini sadalamaqla qurtaran deyil. 2007-ci ildə Versal Sarayının parkındakı ümumbəşəri abidələrin, 2008-ci ildə Luvr Muzeyinin, 2011-ci ildə İkinci Dünya müharibəsi zamanı yanmış və dağıdılmış Berlin qəsrinin, 2012-ci ildə Vatikanda Roma katakombalarının bərpası, 2013-cü ildə Romada Kapitolini Muzeyinin “Filosoflar zalı”nın təmiri və digərləri bu məzmunda sadalana bilər. Bu gün fəxr hissi ilə qeyd olunur ki, Heydər Əliyev Fondunun həmin təqdirəlayiq fəaliyyəti Bolqarıstandan da yan keçməyib. Bolqarıstanın tarixi Veliko Tırnovo şəhərində yerləşən “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunda da Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa işləri həyata keçirilib. 2016-cı il sentyabrın 22-də isə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva Baş Nazir Boyko Borisovla birgə “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun açılış mərasimində iştirak edib, eyni zamanda, dost Bolqarıstanın Müstəqillik Gününü birlikdə qeyd ediblər.

Sonda vurğulanıb ki, bu gün Azərbaycan xalqı ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycan-Bolqarıstan əlaqələrinin perspektivlərindən nikbindir, iki xalqın və dövlətin ortaq maraqlarının əlaqələrin böyük gələcəyinin təminatçısı olduğuna inanır. Azərbaycan və Bolqarıstan xalqları arasındakı dostluq əlaqələrinin dönməzliyi, eləcə də Azərbaycan Respublikası və Bolqarıstan Respublikası arasında sarsılmaz əməkdaşlığın hər keçən gün dərinləşməsi qürurla ifadə olunub.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Norveçdə süni intellekt eynəklərinin istifadəsinə müvəqqəti qadağa qoyulur

Mingəçevir Dövlət Universitetində yeni laboratoriyalar istifadəyə verilib

İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib

Alparslan Bayraktar: Enerjidaşıyıcılarının Türkiyə ərazisindən ixracı İraq, Küveyt və Qətər üçün alternativdir

Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Azərbaycan ilə Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb

Firəngiz Xəlilova: Musiqi müəlliminin əsas vəzifəsi tələbədə sənətə həqiqi sevgi yaratmaqdır

Moldova 2030-cu ildə Aİ-yə üzv olmaq niyyətindədir

Gənc Tamaşaçılar Teatrında “Qodo həsrətində” adlı tamaşanın premyerası olacaq

Musiqini öyrətmək və sevdirmək: Pedaqoqun əsl missiyası nədir?

Fransada şagirdlərin etirazları səbəbindən yüzlərlə məktəb bağlanıb

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

ANAMA: Ötən həftə 1144,9 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib

“Aeroflot” Moskvadan Bakıya reyslərin sayını artıracaq

Alimlər başqa planetlərdən götürülən nümunələrdə Yerdəki həyat əlamətlərini aşkar edəcəklər

Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar

Güclü iqtisadiyyat və həmrəy cəmiyyətin vəhdəti ŞƏRH

Elmi düşüncə sual vermək və araşdırmaqla formalaşır – Gülnar Qəmbərova

Azərbaycanın təhlükəsizlik siyasəti bundan sonra da əsas prioritetlər sırasındadır ŞƏRH

Yaponiya strateji neft ehtiyatlarından istifadəni dayandırır

Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

® “AccessBank”ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirilib

Gəncə ilə Oş arasında əməkdaşlığın yeni istiqamətləri diqqət mərkəzində

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən namizədlər üçün icbari təlimə başlanılıb

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü medalsız başa vurublar

Türkiyə milli valyuta ilə ticarətin həcmini artırır

Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur

Müəllimin əsas missiyası tələbəni düşünməyə və araşdırmağa sövq etməkdir - Ramazan Məmmədov

Brno alimləri işıq vasitəsilə minitor qişalarına “görməyi” öyrədiblər

Əbu-Dabidə 3-cü Qlobal Ərzaq Həftəsi keçiriləcək

AZMİU-nun layihəsi Elm Fondunun qrant müsabiqəsinin qalibi olub

Məcnun Məmmədov: İndiyədək keçirilən Aqrar Biznes Festivallarında 85 mindən çox fermer iştirak edib

Mütəxəssis: Dağ-mədən sənayesinin inkişafı digər sahələrdə əlavə dəyərin formalaşmasına şərait yarada bilər

Həbibə Məmmədova: Müəllimin ən böyük uğuru düşünən və araşdıran insan yetişdirməsidir

Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatına hazırlıq işləri yekunlaşır

Özbəkistan səfiri Azərbaycan qadınlarının ictimai-siyasi fəallığını yüksək qiymətləndirib

Ekspert: Rəqəmsallaşma Orta Dəhlizin tranzit müddətinin qısaldılmasına imkan verəcək

“İslam mədəniyyəti atlası” şərqşünas-alimin tərcüməsində

Çin təhsili və akademik mühitindən bəhs edən kitabın təqdimatı olub

“Fənərbağça”nın ulduzu Superliqa oyununu buraxa bilər: Qərar azərbaycanlı hakimin hesabatından asılı olacaq

Müəllim uşağın içindəki işığı üzə çıxarmalıdır – gənc alimin düşüncələri

Yəməndə husilərə qarşı döyüşlərdə 100 qırıcı təyyarədən istifadə edilib, 324 hədəf vurulub

DSMF-nin sədri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyəcək

Qafqaz Müsəlmanları İdarəsinin sədri Qazaxıstana səfər edəcək

Belçika polisi narkotik şəbəkəsinə qarşı əməliyyat keçirib, 21 nəfər saxlanılıb

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb

“Flydubai” təyyarəsini qaçırmağa cəhddə şübhəli bilinən pilot Böyük Britaniya universitetində yoxlamadan keçməyib

Ekspertlər: Neft qiymətlərinin azalması müvəqqəti xarakter daşıyır

Şagirdin inkişafına mane olan bəzən onun bacarıqsızlığı deyil, özünəinamsızlığıdır - müəllim

Böyük Britaniyanın keçmiş şahzadəsi polisə etiraz edib

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB VİDEO

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB VİDEO

Budapeştdə polis əməkdaşlarının sayı artırılacaq

Azərbaycan İslam həmrəyliyinin aparıcı qüvvəsidir ŞƏRH

İngiltərədə miqrantların sahilə çıxarılması zamanı etirazçılarla polis arasında qarşıdurma yaşanıb

Ər-Riyadda Məkkə Müdafiə Sazişi çərçivəsində komitə iclası təşkil olunub

İdeoloji risklər sərhəd tanımır - ŞƏRH

Ülviyyə Nağıyeva: İbtidai sinif müəllimi şagirdin həyatında iz qoyur

Müəllimlik illər keçdikcə zənginləşən bir məktəbdir - Leyla İmranova

Yəmən ordusu: Bab-əl-Məndəb ətrafındakı ərazi husilərdən təmizlənib

Əlcəzairdə Afrika və Aralıq dənizi hövzəsi üzrə 14-cü Enerji və Hidrogen sərgi-konfransı keçirilir

Emin Hüseynov: Ağdam şəhəri və üç kənddə yaşayanların sayı 8 mindən çoxdur

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılışı olub VİDEO

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılışı olub VİDEO

Sabah yağış yağacaq VİDEO

Sabah yağış yağacaq VİDEO

Ülviyyə Məmmədova: Alimlik potensialı maraqdan və sual verməkdən başlayır

® “Azercell“ yeni “Oyun Portalı”nı istifadəyə verir: “Azercell“ ilə oyna, yarış, qazan!

İtaliyada minlərlə fermer etiraz aksiyası keçirib

Arif Əsədov: Tofiq Bəhramov adına Respublika Stadionu gəncliyimizin keçdiyi doğma məkandır

Baytarlıq xidmətlərinin gücləndirilməsi davam etdirilir

Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Gənclərdə coğrafiyaya marağı necə artırmalı? – alimdən tövsiyələr

Jalə Əliyeva: Qadınların parlamentdə təmsilçiliyi son 20 ildə 11 faizdən 21 faizə yüksəlib

“Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib

Şagirdlərdə fənnə maraq yarada bildiyim an mənim üçün ən xoşbəxt andır - müəllim

Avropada qaz anbarlarının doluluq nisbəti 72,4 faizdir

Türkiyənin ASELSAN şirkəti HHM hibrid sistemlərinin tədarükünə dair böyük kontrakt imzalayıb

PİSA-nın yaradıcısı: Süni intellekt hazır cavab vasitəsi yox, koqnitiv alət olmalıdır

“EU Reporter” Prezident İlham Əliyevin nitqinə həsr olunmuş analitik məqalə dərc edib

Azərbaycan millisinin fransalı məşqçisi: Hidayət Heydərov xüsusi xarakterə malik cüdoçudur

® “Kapital Bank” nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib

Professor: Müəllimlik və alimlik şəxsiyyətin yetişməsində qoşa qanad rolunu oynayır

Dövlət Xidməti: Laborator və digər diaqnostik müayinələrin nəticələrinin avtomatik təhlil olunması nəzərdə tutulur

Nazir: Aqrar istehsalın səmərəliliyini və rəqabət qabiliyyətini artırmaq hədəfimizdir

Hesabat: Yaxın Şərqdən neft ixracı sentyabrın son həftəsində İran müharibəsindən əvvəlki səviyyəni üstələyib

Avro son 17 ayın ən aşağı səviyyəsinə enib

İvan Muşket: Parlamentarizm Azərbaycan tarixinin müxtəlif mərhələlərində cəmiyyətin və dövlətin inkişafına təsir göstərib

Məcnun Məmmədov: Əsas hədəfimiz daha məhsuldar kənd təsərrüfatı sistemi formalaşdırmaqdır

Parisdə “Nissim de Camondo” muzeyinə oğurluq cəhdi: Şübhəli şəxs saxlanılıb

Müəllim: Hər məktəbdə yanan işıq Azərbaycanın gələcəyidir

Dövlət Xidməti: 91 fakt üzrə 144 nəfər barəsində toplanmış materiallar prokurorluq orqanlarına göndərilib

Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb

Bu gün Azərbaycanın əsas vəzifələrindən biri əldə edilmiş tarixi nəticələri davamlı inkişafla möhkəmləndirməkdir

“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb

Müəllim: Şagirdlərimin illər sonra məni xatırlaması ən böyük qazancımdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 5 oktyabr

Azərbaycan şirkətləri “INNOPROM. Belarus” sərgisində təmsil olunub

Fərdi yanaşma, müstəqil düşüncə və düzgün qiymətləndirmə - elmə gedən yol

Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

“Ortakənd” qızıl yatağında 2029-cu ildə istehsala başlanması planlaşdırılır