“Dostluq” Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoginin ailəsinin qonağı olub
Kiyev, 8 fevral, AZƏRTAC
Xarkov vilayətindəki “Dostluq” Azərbaycan-Ukrayna Cəmiyyətinin sədri Murad Ömərov cəmiyyətin idarə heyətinin üzvləri Eldar Vəliyev və Etibar Əhmədovla birlikdə Azərbaycanın Milli Qəhrəmanı Viktor Vasilyeviç Seryoginin ailəsinin qonağı olub, onun xanımı, “Dostluq” Cəmiyyətinin fəxri üzvü Qalina Mixaylovna Seryoginanın ad gününü təbrik ediblər.
Xatırladaq ki, Viktor Vasilyeviç Seryoginə Azərbaycanın Milli Qəhrəmanı Qızıl Ulduzu qəza vəziyyətində göstərdiyi igidliyə və qəhrəmanlığa, Dağlıq Qarabağda beynəlmiləl borcunu yerinə yetirərkən göstərdiyi cəsurluğa və yüksək peşəkarlığa görə ölümündən sonra verilib və 2002-ci il yanvarın 3-də ailəsinə təqdim edilib.
Bura toplaşanlar səmimi ailə şəraitində Viktor Vasilyeviçin həyatını və igidliklərini, 1992-ci ilin hadisələrini xatırlayıblar, səbəbkara firavanlıq, sağlamlıq, uzun ömür və əmin-amanlıq arzu ediblər.
Kiyev Milli Aviasiya Universitetinin professoru Arif Quliyev də Ukraynada Azərbaycan diasporunun Alimlər Şurası adından və şəxsən öz adından Qalina Mixaylovnanı ad günü münasibətilə təbrik edib.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]
Azərbaycan Bayrağının rəngləri Niaqara şəlaləsində
- 25.05.2026 [12:17]